Filiz Dinçmən (; ) — keçmiş türk diplomatı və xarici ölkəyə təyin olunmuş ilk qadın Türkiyə səfiri. Təhsili Filiz Dinçmən orta təhsilini 1956-cı ildə Ankara Qız Liseyində tamamlayıb. O, 1956-1960-cı illər arasında Ankara Universitetinin Politologiya fakültəsində təhsil alıb. Fəaliyyəti Filiz Dinçmən Türkiyənin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 1961–1965-ci illər arasında Birləşmiş Millətlər Təşkilatı İdarəsində namizəd xarici xidmət məmuru, üçüncü katib və ikinci katib vəzifələrini tutub. 1965-ci ilin avqustundan 1968-ci ilin yanvarınadək BMT-nin Nyu-Yorkdakı Daimi Nümayəndəliyində ikinci və birinci katib kimi də fəaliyyət göstərib.

1968-ci ildə Dinçmən Tehran səfirliyində xidmətə başlayıb və 1970-ci ilə qədər burada birinci katib postunu tutub. Həmin ilin iyulunda İkitərəfli İqtisadi Əlaqələr İdarəsində birinci katib və şöbə müdiri vəzifələrinə təuin edilib, sonra isə 1972-ci ilə qədər İqtisadi Əməkdaşlıq Qrupunun şöbə müdiri vəzifəsində çalışıb.

1972-1976-cı illərdə Dinçmən. Avropa İqtisadi Birliyinin Daimi Nümayəndəlikdə birinci katib və müşavir vəzifələrində çalışıb. O, 1976-1980-ci illərdə Siyasi İşlər Departamentinin rəhbəri olub.

1980-ci ilin sentyabrında o, Çoxtərəfli Siyasi İşlər Baş İdarəsinə əvvəlcə baş direktorun müavini, sonra isə baş direktor təyin edilib. O, 1982-ci ilə qədər bu vəzifədə çalışıb. 1982-ci ilin sentyabrından 1984-cü ilin noyabrına qədər Türkiyənin Haaqa səfirliyində səfir kimi fəaliyyət göstərib. O, xarici ölkəyə təyin olunan ilk türk qadın səfiri olub. Bundan sonra o, 1988-ci ilə qədər Türkiyənin Avropa Şurası yanındakı Daimi Nümayəndəliyində səfir vəzifəsini icra edib.

1988-1991-ci illər arasında Dinçmən Çoxtərəfli Siyasi İşlər Baş İdarəsində səfir, baş direktor və müstəşar müavini vəzifələrində çalışıb. 1991-ci ildə o, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi təyin edilib və bu vəzifəni 1993-cü ilin aprelinə qədər icra edib.

Daha sonra, Filiz Dinçmən Türkiyənin Avstriyadakı səfiri təyin olunub və 1997-ci ilə qədər Vyana səfirliyində fəaliyyət göstərib. Dinçmən həmçinin Xarici Siyasət Məşvərət Şurasının üzvü və Türkiyə Böyük Millət Məclisi sədrinin müşaviri olub.

2001-ci ildə Dinçmən Vatikan və Maltaya səfir təyin edilib, 2004-cü ilə qədər bu vəzifədə çalışıb. Vətənə qayıtdıqdan sonra yaşı ilə əlaqədar olaraq təqaüdə çıxıb. Hazırda o, Dövlət Qulluqçuları Etika Şurasının üzvüdür.

İstinadlar

Kateqoriya:Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları Kateqoriya:Qadın ilkləri