Gülsüm Cəfər qızı Əsfəndiyarova (; ) — ali təhsilli ilk qazax qadın həkimi, ictimai xadimi, Türküstan diyarında səhiyyə sisteminin təşkilatçısı və tibb sahəsi üzrə pedaqoq.
Həyatı Gülsüm Əsfəndiyarova, Kiçik Ordanın hökmdarı Ayşuak xanın nəticəsi, Türkistan general-qubernatoru yanında hərbi tərcüməçi kimi xidmət etmiş və 1916-cı ildə general-mayor rütbəsində təqaüdə çıxmış Seyidcəfər Əsfəndiyarovun və Gülyəndamın üçüncü qızıdır. Gülsüm, digər bacı və qardaşları kimi ilk təhsilini evdə alıb. 1890-cı ildə, on yaşında ikən Birinci Daşkənd qadın gimnaziyasına daxil olub və 1899-cu ildə oranı müvəffəqiyyətlə bitirib.
1897-ci ildə Peterburqda Qadın Tibb İnstitutu açıldı. Bu, Avropada qadınların ali tibb təhsili ala biləcəyi ilk müəssisə idi. Türküstan diyarının məmurları qızlarını burda təhsil almağa göndərirdilər. Lakin paytaxtın uzaqlığı səbəbindən təhsil olduqca baha başa gəlirdi və hər kəsin buna imkanı çatmırdı.
1902-ci ildə, institutun məzunu olan iki peşəkar qadın həkim Türküstana qayıtdıqdan sonra, general-qubernatorun yanındakı Şura tərəfindən bu instituta daxil olan Türküstanlı qızlar üçün 10 təqaüd təsis edildi. Rus məmurlarının qızları ilə yanaşı, həmin il iki qazax qızı — Zeynəb Əbdürrəhmanova və Gülsüm Əsfəndiyarova da təqaüd aldı. 1908-ci ildə institutu bitirib vətənə işləməyə qayıdan bu xanımlar, yeni yaradılmış quberniyanın yerli əhalisi arasından çıxan ilk qadın həkimlər oldular.
Zeynəb Əbdürəhmanova bir neçə il işlədikdən sonra ailə qurdu. Gülsüm Əsfəndiyarova isə Türküstanda qalıb, çalışdığına görə "birinci" adı ənənəvi olaraq ona qaldı.
Əmək fəaliyyəti İnstitutu bitirdikdən sonra Əsfəndiyarova imperator II Nikolaya ərizə ilə müraciət edir:
Zati-alilərinin xidmətinə, Türküstan hərbi dairəsinin Sırdərya vilayətinin Çimkənd qəzasının Tamerlanovka kəndinə sahə həkimi təyin olunmaq istəyimi nəzərə alaraq, acizanə surətdə xahiş edirəm.В источнике указываются невероятные 24 000 м² и 84 000 человек (Умми-Гульсум Асфендиярова — первая врач-казашка // «Медикер». — Алматы, 2002, июнь. — С. 58-59)
Bir aydan da az müddət sonra onun (5 iyun) müraciət təmin edildi və o, rəsmi olaraq istədiyi vəzifəyə qəbul olundu.
Ehtimal olunur ki, Tamerlanovkadakı sanitar məntəqəsi təxminən səkkiz min nəfər əhalisi olan 24 km²-lik bir əraziyə xidmət edirdi. Sahə həkimi maaşdan əlavə, "yemək xərci", "tərcüməçi üçün", "yol xərci" və "digər xərclər" üçün də təzminat alırdı ki, bu da illik 2680 rubl təşkil edirdi. Həmçinin hər il 10 günlük məzuniyyət, dörd ildən bir isə dörd aylıq məzuniyyət və "xidmət illərinə görə" maaşın təxminən 10% artırılması nəzərdə tutulurdu.
1910-cu ildə Əsfəndiyarova iş şəraiti bir qədər asan olan Namanqan qəzasının Pap kənd həkim məntəqəsinə işə keçdi.
1912-ci il ərəfəsində atası Gülsümə Xivə vəzirinin tikilməkdə olan Xivə şəhər xəstəxanasında işə başlamaq təklifini çatdırdı. Gülsüm əmək haqqının və ona düşən pensiya təminatının Rusiya tibb xidmətindəki mövcud göstəricilərdən az olmaması şərti ilə bu təklifi qəbul etmədi. 1913-cü ildə o, Xivədə baş həkimin mama-assitenti vəzifəsinin icrasına başladı. O, bu xəstəxanada Asiya bölgəsinin tarixində ilk dəfə olaraq, o, qeysəriyyə kəsiyi əməliyyatını həyata keçirdi. Ay ərzində kiçik Xivə şəhər xəstəxanası 3-4 min nəfər xəstə qəbul edirdi.
1914-cü ildə, G.Əsfəndiyarova Daşkəndə qayıdır. Burada o, atasının köməyi ilə 30 çarpayılıq özəl doğum evi açır. İctimai sahədə aktiv olan atası, onu da Türküstandakı vətənpərvərlik və sosial "hərəkatların" tərəfdarı kimi — öz fəaliyyətinə cəlb edir. Fevral və Oktyabr inqilabları dövründə şəhər doğum evlərindən birinin müdiri vəzifəsi, eləcə də G.Əsfəndiyarovanın şəxsi mövqeyi və nüfuzu, onun 1918-ci ildə Kazanda keçirilən Ümum-Rusiya Müsəlmanları Qurultayına nümayəndə seçilməsinə zəmin yaradır. Bu qurultayda o, Təşkilat Bürosunun üzvü seçilir.
Daşkəndə qayıdan G.Əsfəndiyarova şəhər doğum evinin direktoru vəzifəsində qalır. O, həmçinin özü kimi həkim olan və gələcəkdə Qazaxıstan MSSR-in Səhiyyə komissarı olacaq qardaşı Sanjar Əsfəndiyarova ac və evsizlərə yardımın təşkili işində köməklik göstərir.
1920-ci ildə, Turar Rıskulovun rəhbərlik etdiyi Müsəlman Bürosunun tapşırığı və dəstəyi ilə, G.Əsfəndiyarova "Qadın mamalıq kursları" təşkil edir və burada şəxsən "Hamilə qadınların fiziologiyası" fənnini tədris edir. Sonradan bu kurslar Y.Axunbabayev adına Daşkənd Tibb Texnikumuna tabe edilsə də, Gülsüm ömrünün sonuna qədər burada müəllimlik fəaliyyətini davam etdirir.
1922-ci ildən etibarən G.Əsfəndiyarova müəllimliklə yanaşı Şəhər Uşaq Xəstəxanasında da çalışır. Burada onun köməkçisi Daşkənddə yeni açılmış Şərqi Asiya Universitetinin tibb ixtisası üzrə ilk məzunu (1922-ci ilin payızı) Akkaqaz Dosjanova olur. Əsfəndiyarova, Dosjanova ilə hələ Kazandakı Rusiya Müsəlman Qadınlarının Təşkilat Bürosundakı fəaliyyəti dövründən tanış idi.
1920-ci illərdə G.Asfandiyarova dəfələrlə şəhər Şurasının üzvü seçilmiş, mətbuatda sosial sahənin abadlaşdırılması, ana və uşaqların mühafizəsi məsələləri ilə bağlı çıxışlar etmişdir.
G.Əsfəndiyarovanın sonrakı taleyi haqqında məlumat azdır. 1930-cu illərin repressiyaları zamanı Gülsümün qardaşı Sanjar həbs edilərək məhkəməyə çıxarılmış, özü isə uzun sürən xəstəlikdən sonra 23 oktyabr 1937-ci ildə Daşkənddə vəfat etmişdir.
İstinadlar
Ədəbiyyat Жүнісбаев А. «Санжар Асфендиаров: өмірі мен қызметі» (1889—1938 жж.). Т. І (1889—1918 жж.). — Алматы: «Елтаным баспасы», 2014. — Б. 45. Личное дело Умми-Гульсум Асфендаровой (находится в Центральном государственном историческом архиве Санкт-Петербурга). Послужной список участкового лекаря Умми-Гульсум Асфендиаровой. 22 августа 1908 г. // ЦГА РУз. Ф. И-17. оп. 1. д. 34836. л. 79; Умми-Гульсум Асфендиярова — первая врач-казашка // «Медикер». — Алматы, 2002, июнь. — С. 58-59. Центральный Государственный архив Республики Узбекистан (ЦГА РУз.). — [ www.kungrad.com›history/doc/gulsum/ Ф. И-125, оп. 1, д. 2, лл. 11-12]. Письмо на имя Начальника Амударьинского отдела, от 22 февраля 1914 г. // ЦГА РУз. Ф. И-2, оп. 1, д. 309, л. 15. Персоны в мусульманском женском движении 1917 г. Әлжанов А. «Алғашқы қарлығаштар». — Алматы: «Арыс», 2007. — 106 б. Исмаилов А. «Из истории семьи Санжара Асфендиарова». — «Қазақстан мұрағаттары». — Астана. — 2008. — № 1. — Б. 105. Кенжеахметов С. «Қазақтың тұңғыш дәрігер қыздары». — «Денсаулық». — Алматы, 1996. — № 3. — Б. 7. Махмудов М. «Первая больница в Хорезме». — «Советское здравоохранение» — Москва, 1984. — № 1. — С. 67-69. Махмудов М. «Первые женщины-врачи в дореволюционном Туркестане». — «Советское здравоохранение» — Москва, 1988. — № 8. — С. 68-70. Эльжанов А. Г., Чокин А. Р., Досханов А. Х. «Первые казахские врачи» (на казахс. яз.). — Алма-Ата: «Казахстан», 1984. — 60 с. Kateqoriya:Qazaxıstanda qadın hüquqları