thumb|right|150px|Rusiya İmperator Ordusunun general-adyutant poqonu.

General-adyutant — Rusiya İmperator Ordusunda əvvəlcə hərbi rütbə, daha sonra isə fəxri saray titulu və vəzifəsi. İlk dəfə I Pyotr tərəfindən imperator, general-feldmarşal, onların köməkçiləri və tam generalların yanında xidmət edən baş adyutantlar üçün təsis edilmişdir.

Çarın yanındakı general-adyutant səhra kargüzarlığına rəhbərlik edirdi. General-feldmarşal və onun köməkçisinin yanındakı general-adyutantlar isə adyutantlıq vəzifələrini yerinə yetirir və qərargah kargüzarlığına baxırdılar.

1808-ci ildən etibarən general-adyutant rütbəsi monarxın məiyyətinə daxil edilən ali rütbəli zabitlər üçün fəxri ad kimi istifadə olunmağa başlanmışdır. Bu rütbə tam generallara və general-leytenantlara verilirdi. Həmçinin, digər ali hərbi rütbəli şəxslər də xidmətlərinə görə bu fəxri ada layiq görülürdülər.

Tanınmış hərbi və dövlət xadimi Pavel Skoropadski də general-adyutant rütbəsini daşımışdır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

"History of the US Army Adjutant General's Corps, 1775 - 1891 " in The Army of the United States Historical Sketches of the Staff and Line with Portraits of General-In-Chief (1896) (Reproduced by the United States Army Center of Military History) A current listing of The Adjutants General for each state, territory, and the District of Columbia within the United States. Official website of the Adjutant General of Karl von Habsburg

Kateqoriya:İnsan resurslarının idarə edilməsi Kateqoriya:General-adyutantlar