Yurgen Qoca () — Albaniyalı futbolçu. Hal hazırda "Besa Kavaye" klubunda müdafiəçi kimi çıxış edir.

Karyerası 2018–19 mövsümünün ilk yarısında "Erzeni" komandasını təmsil edərkən Qoca baş məşqçi Qentian Stoyku tərəfindən hücumçu kimi istifadə edilmiş və Albaniya Birinci Divizionunda 12 oyunda 7 qol vurmuşdur. Onun performansı qış transfer pəncərəsində oyunçu üçün təklif göndərən "Tirana"nın diqqətini cəlb etmişdir.

28 yanvar 2019-cu ildə Tirana Qoca ilə 18 aylıq müqavilə imzaladığını elan etmişdir. O, yeni komandası üçün debütünü 1 fevral tarixində evdə Teuta Durres ilə 1–1 hesablı heç-heçə başa çatan oyunda etmiş və 73-cü dəqiqədə digər müdafiəçi Eryon Hocalari əvəzinə meydana daxil olmuşdur. Həmin ilin avqustunda sərbəst buraxılaraq, 2018–19 mövsümünün ikinci yarısını liqada 12 olmaqla ümumilikdə 16 oyunla yekunlaşdırmışdır.

16 avqust 2019-cu ildə, "Tirana" tərəfindən sərbəst buraxıldıqdan iki gün sonra Qoca yüksək liqaya yeni yüksəlmiş "Bylis" komandasına qoşulmuşdur. O, Albaniya Superliqasında ilk qolunu 28 sentyabrda evdə "Flamurtari Vlyora"nı 5–0 hesabı ilə darmadağın etdikləri oyunda, 33-cü dəqiqədə ikinci qolu vuraraq qeyd etmişdir.

10 avqust 2020-ci ildə Qoca Azərbaycan Premyer Liqası təmsilçisi Qəbələ ilə 1+1 illik müqavilə imzalamışdır.

7 avqust 2021-ci ildə Qoca bir illik müqavilə ilə Səbail klubuna transfer olmuşdur.

Şəxsi həyatı Qoca ömür boyu 2018–19 mövsümünün ikinci yarısında oynadığı "Tirana" klubunun pərəstişkarıdır.

Karyera statistikası

+ Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaKubokDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQol"İliriya"2014–15Albaniya Birinci Divizionu22220—242"Erzeni"2015–16Albaniya Birinci Divizionu21210—222"Beselidya"2016–17Albaniya Birinci Divizionu9041—131"Şenkolli"2017–18Albaniya Birinci Divizionu7000—70"Erzeni"2017–18Albaniya Birinci Divizionu25141—2922018–1912720—147Cəmi37861—439"Tirana"2018–19Albaniya Superliqası12040—160"Bylis"2019–20Albaniya Superliqası13311—144Karyera cəmi12115183—13918

Uğurları "Tirana" Albaniya Kuboku ikincisi: 2018–19

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular Kateqoriya:Albaniya Superliqası futbolçuları