Ədirnədəki Osmanlı dövründən qalma məsciddir. Kimin tərəfindən hansı tarixdə inşa etdirildiyi mübahisəlidir. Bəzi iddialara görə İldırım Bəyazidin oğullarından Musa Çələbi tərəfindən 1410-cu ildə inşa etdirilmişdir. Digər bir iddiaya görə isə banisi II Murad olub 1437-ci ildə inşa etdirilmişdir. Bəzi mənbələr tikilmə tarixi olaraq 1447-ci ili də göstərir. Memarı isə Memar Sinanın ustası Hacı Müslihiddin Ağadır.
Daha əvvəl inşa edilən məscidlərdən fərqli olaraq geniş bir şadırvan həyəti vardır. Orta qübbəsi hündür və böyükdür. Açılma gücünə qarşı səkkiz dayaq sütunu mövcuddur. Məscidin dörd minarəsi həyətin dörd küncündə yerləşir. Bu minarələrdən ən hündür və üç şərəfəli olanı məscidə adını vermişdir. Bu şərəfələrin hər birinə ayrı pilləkənlə çıxılır.
Biblioqrafiya
Mənbə İstinadlar
Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı memarlığı Kateqoriya:Ədirnə