Ceylan Yeyinsu (; ) — türk-britaniyalı jurnalist, "The New York Times" qəzetinin ştatlı müxbiri. Erkən həyatı İstanbulda dünyaya gəlmiş Ceylan Yeyinsu ingilis, türk dillərini mükəmməl bilir. Uoldingem və Reqbi məktəblərində oxuyan Yeyinsu ali təhsilini Lids Universitetində tamamlayıb. O, beynəlxalq hüquqşünas və vəkil, professor Can Yeyinsunun bacısıdır. Karyerası Ceylan Yeyinsu jurnalistika fəaliyyətinə 2008-ci ildə "Hürriyet Daily News" qəzetində müxbir və redaktor kimi başlayıb. O, siyasət, mədəniyyət, biznes və idman mövzularında yazılar yazırdı. Həmçinin, Türkiyədə gender bərabərliyi mövzusunda da, həftəlik köşə yazıları yazırdı. 2011-ci ildə Kolumbiya Universitetində Rəqəmsal Media sahəsi üzrə magistr dərəcəsinə yiyələnib. Ceylan Yeyinsu "Brigid O'Hara-Forster" təqaüdünə də layiq görülüb. Nyu-York və İstanbulda sərbəst müxbir və multimedia jurnalisti kimi fəaliyyət göstərən Yeyinsu "The Atlantic", "The Economist", "Huffington Post" və "International Business Times" kimi nəşrlərlə əməkdaşlıq edib.

Yeyinsu, 2013-cü ildə "New York Times" qəzetinin İstanbul bürosunda çalışıb. 2014-cü ilin sentyabrında, qəzetin ön səhifəsində İŞİD-in Ankaranın Hacıbayram məhəlləsində türkləri öz sıralarına cəlb etməsi barədə xəbər hazırlayıb. Bu xəbər, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən kəskin tənqidə məruz qaldı. Bu hadisədən sonra, Yeyinsu "Star" qəzeti və digər hökumətyönlü media orqanlarının hücumlara məruz qalaraq, çoxsaylı ölüm təhdidləri aldı. Bu hədə-qorxu kampaniyasından sonra, Yeyinsu ölkəni tərk etməyə məcburiyyətində qaldı. Bu səbədən "Sərhədsiz Reportyorlar", "Article 19" və "English PEN" təşkilatlarının rəhbərləri tərəfindən Prezident Ərdoğana açıq məktub göndərilərək, ona jurnalistlərin demokratiyadakı mühüm rolu, habelə onların həm Türkiyə, həm də beynəlxalq hüquq tərəfindən qorunduğu xatırladıldı. ABŞ Dövlət Departamenti təhdid məsələlərinə görə Türkiyəni tənqid etdi.

Ceylan Yeyinsu o vaxtdan bəri London bürosunda beynəlxalq müxbir kimi çalışıb, 2020-ci ildə səyahət şöbəsinin ştatlı müxbiridir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türk feministlər Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyə yazıçıları