Marqarita Zoi Cepa () — Albaniya aktrisası. Onun karyerası səksən ildən çox davam etmiş və klassik və müasir kinoda 140 teatr tamaşasında və 40 rolda çıxışları ona Albaniya incəsənət və mədəniyyətinin qabaqcıl nümayəndələrindən biri kimi tanınmağa imkan vermişdi.
Həyatı Marqarita Cepa etnik mənsubiyyətinə görə alban və aromun mənşəlidir. O, Albaniyanın Lüşnya şəhərində Marqarita Prifti doğum adı ilə Zoi və Mariya Priftinin ailəsində anadan olub. Marqarita doqquz yaşında olanda anası vəfat edib. Müəllimi kiçik yaşlarından alban poeziyasını sevən Marqaritanı aktyorluq dərslərinə getməyə təşviq edirdi. O dövrdə Lüşnya Mədəniyyət İnstitutunda tanınmış dram müəllimi olan Gözim Libohova yerli məktəblər arasında teatr tamaşasında ifa etmək üçün gənc rus qızı roluna uyğun bir aktrisa axtarırdı. O, Cepanı görəndə sarı saçları və mavi gözləri səbəbindən dərhal onu seçmişdi. Tamaşa o qədər uğurlu alınmışdı ki, Fier və Berat şəhərlərində də səhnələşdirilmişdi.
Marqarita Cepa ibtidai məktəbi bitirdikdən sonra Tiranadakı məşhur incəsənət məktəbinin dram şöbəsinə müraciət etmişdi.
Fəaliyyəti Cepa karyerasına Tiranada Albaniya Milli Teatrında başlamışdı. Burada o, Anton Çexov, Fridrix Şiller, Nikolay Qoqol və digər müəlliflərin tamaşalarında çıxış edib. Marqarita Cepa həmçinin 1962-ci ildə "Festivali i Këngës" adlı Albaniyada ilk mahnı müsabiqəsini təşkil etmişdi.
Albaniya kinosunun və teatrının ən məşhur xanım nümayəndələrindən biri hesab edilən Cepa Albaniyanın xalq artisti adına layiq görülüb.
Marqarita Cepa sonralar da aktrisalıq fəaliyyətini davam etdirmiş, Fatos Konqolinin eyniadlı romanı əsasında çəkilmiş "Bolero në vilën e pleqve" filmində Firdus rolunu ifa etmişdi.
Beynəlxalq uğuru Aktrisa XIX Beynəlxalq Teatr Festivalında "Avropanın aktyoru" mükafatına layiq görülüb. Belə ki, Marqarita Cepaya ən yaxşı aktyor oyunu üzrə əsas mükafat rejissor Laert Vasilinin "Doruntinanı kim gətirdi" tamaşasında xanım ana roluna görə verilmişdi.
Ölümü Cepa 93-cü doğum günündən bir gün sonra, 3 aprel 2025-ci ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Albaniya uzunömürlüləri Kateqoriya:Albaniya xalq artistləri Kateqoriya:Film aktyorları Kateqoriya:Teatr aktyorları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktyorları