Zelda Əfsanəsi — Nintendo tərəfindən istehsal olunan video oyun seriyası əsasında hazırlanan fantastik macəra filmidir. Columbia Pictures, Nintendo, Arad Productions və OddBall Entertainment tərəfindən istehsal olunan filmin rejissoru Ves Bol, ssenari müəllifləri isə Derek Konoli və TS Novlindir . Bencamin Evan Eynsvors və Bo Braqason müvafiq olaraq Link və Şahzadə Zelda rollarını canlandıracaqlar.

Zelda video oyunlarının film adaptasiyası ilk dəfə 2007-ci ildə Imagi Animation Studios tərəfindən sınaqdan keçirilmiş, lakin 1993-cü ildə istehsal olunmuş Super Mario Qardaşları filminin uğursuzluğu səbəbindən Nintendo tərəfindən rədd edilmişdir. Filmin bazası seriyanın yaradıcısı Şigeru Miyamoto və həmmüəllif Avi Arad tərəfindən uzun illər hazırlandıqdan sonra, film 2023-cü ildə Nintendo tərəfindən elan edilmişdir. Əsas çəkilişlər Eynsvors və Braqasonun film üçün seçilməsi elan edildikdən dörd ay sonra, 2025-ci ilin noyabr ayında başlamışdır, çəkilişlərin 2026-cı ilin aprelində başa çatması gözlənilir.

"Zelda Əfsanəsi"nin ABŞ-də 7 may 2027-ci ildə satışa çıxarılması və Sony Pictures Releasing tərəfindən yayımlanması planlaşdırılır.

Aktyorlar Bencamin Evan Eynsvors Link rolunda Bo Braqason Şahzadə Zelda rolunda

Buraxılış "Zelda Əfsanəsi"nin dünya miqyasında 7 may 2027-ci ildə Sony Pictures Releasing tərəfindən kinoteatra çıxarılması planlaşdırılır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Videooyunlara əsaslanan bədii filmlər Kateqoriya:Yeni Zelandiyada çəkilən filmlər Kateqoriya:Avi Aradın prodüseri olduğu filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:2020-ci illərin fentezi-macəra filmləri Kateqoriya:2027-ci ilin filmləri Kateqoriya:Gələcək filmlər Kateqoriya:Nintendo video oyunlarına əsaslanan filmlər Kateqoriya:İngiliscə filmlər