Veriçay (tal. Veriyəru) — Azərbaycanın Lerik rayonu ərazisindən axan çaydır. Çay öz başlanğıcını Lerik rayonunun Veri kəndi yaxınlığındakı dağ bulaqlarından götürür. O, Veri kəndi ərazisində iki qolun birləşməsindən yaranır. Ümumi uzunluğu təxminən 16–17 km olan çay, Lerikin Piran kəndi ərazisində Lənkərançaya tökülərək onun sağ qolunu əmələ gətirir.

Ümumi məlumat Veriçay həm təbiəti, həm də tarixi əhəmiyyəti ilə seçilir. Çayın vadisində aparılan arxeoloji tədqiqatlar zamanı tunc və dəmir dövrünə aid nekropollar (qəbiristanlıqlar) aşkarlanmışdır. Bu da ərazinin qədim yaşayış məskəni olduğunu sübut edir.

Çayın özünəməxsus təbiəti və quruluşu var. Çay öz axarı boyunca relyefin kəskin parçalanması nəticəsində çoxlu sayda şəlalələr və dərin kanyon yaradır. Veriçayın həm öz üzərində, həm də hövzəsində bir çox tanınmış şəlalələr mövcuddur. Bunlardan ən məşhurları çayın üzərində yerləşən Spiyəşülə, Ğoşəşülə (Qoşa şəlalə), ardıcıllıqla Yuxarı, Orta və Aşağı Qələbin şəlalələri həmçinin çayın hövzəsində Bərkəkəş şəlaləsidir. Ümumilikdə çayın keçdiyi ərazilər və onun hövzəsi zəngin şəlalələr sistemi ilə xarakterizə olunur.

Həmçinin bax Azərbaycan çayları

Lənkərançay

Ləkərçay

Mənbə

Kateqoriya:Azərbaycan çaylarıKateqoriya:Lerik rayonu