Con Ci-hyon (; doğum adı Vanq Ci-hyon, ) — peşəkar olaraq Cun Ci-hyon (전지현) və Cianna Con (ingiliscə: Gianna Jun) adı ilə tanınan Cənubi Koreyalı aktrisa və modeldir. O, 2001-ci ildə çəkildiyi My Sassy Girl ("Mənim şıltaq qızım") romantik komediya filmindəki rolu ilə məşhurlaşmışdır. Sözügedən film bir sıra Asiya ölkələrində geniş populyarlıq qazanmışdır. Aktrisa həmçinin Il Mare ("Dəniz evi", 2000), Windstruck ("Külək vurmuş", 2004), The Thieves ("Oğrular", 2012), The Berlin File ("Berlin işi", 2013) və Assassination ("Sui-qəsd", 2015) filmlərində rol almışdır. Con televiziya sahəsində də uğur qazanmış və xüsusilə My Love from the Star ("Ulduzdan gələn sevgim", 2013–2014) və The Legend of the Blue Sea ("Mavi dənizin əfsanəsi", 2016–2017) seriallarındakı rolları ilə diqqət çəkmişdir.
Karyerası ərzində o, müxtəlif mükafatlara layiq görülmüşdür. Bunlara Grand Bell Awards ("Böyük Zəng mükafatları") mərasimində iki dəfə "Ən yaxşı aktrisa" mükafatı və Baeksang Arts Awards ("Baeksang İncəsənət Mükafatları") mərasimində "Böyük mükafat" (Desanq) daxildir. Kino və televiziya sahəsində qazandığı uğurlar nəticəsində Con Koreya dalğasının (Hallyu) aparıcı ulduzlarından biri kimi tanınır. O, həmçinin Kim Te-hi və Sonq Hye-kyo ilə birlikdə "Troika" adlandırılan məşhur aktrisa üçlüyünün üzvü hesab olunur. Bu üçlük onların adlarının ilk hecalarından yaranan "Te-Hye-Ci" akronimi ilə də tanınır.
Erkən həyatı və təhsili Vanq Ci-hyon (səhnə adı Con Ci-hyon) Cənubi Koreyanın Seul şəhərinin Gangnam Vilayətində anadan olmuşdur. Onun özündən beş yaş böyük bir qardaşı vardır. Anası və anasının dostları onun boyunun hündür və bədən quruluşunun incə olmasına görə model və ya aktrisa olmasını tövsiyə etmişlər. Uşaqlıq arzusu stüardessa olmaq idi, lakin bir uçuşdan sonra bu fikrini dəyişmişdir. 1997-ci ildə, 16 yaşında olarkən, liseydə özündən yuxarı sinifdə oxuyan bir qızın təsiri ilə model fəaliyyətinə başlamış və Ekol jurnalında model kimi çalışmışdır. 1998-ci ildə aktrisa kimi debüt etmiş və bir prodüserin tövsiyəsi ilə səhnə adı olaraq Con Ci-hyon adını qəbul etmişdir.
Con ali təhsilini Donqquk universitetində almış və 2004-cü ildə Teatr və Kino ixtisası üzrə bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra, 2011-ci ildə həmin universitetin Rəqəmsal Media və Kontent üzrə magistratura proqramına qəbul olunmuş və magistr dərəcəsi əldə etmişdir.
Karyera Kateqoriya:XXI əsr aktrisaları