Bakı Mətbuat Klubu — Azərbaycanda jurnalistlər və media nümayəndələri üçün platforma kimi yaradılmış təşkilatdır. Klub 1998-ci ildə Bakı şəhərində təsis edilmiş, 2005-ci ildə fəaliyyətini dayandırmış və 2019-cu ildə yenidən fəaliyyətə başlamışdır.

Tarixi Bakı Mətbuat Klubu 1998-ci ilin iyul ayında bir sıra media qurumlarının təşəbbüsü ilə yaradılmışdır. Təsisçilər arasında Yeni Nəsil Jurnalistlər Birliyi, Turan İnformasiya Agentliyi, "Zerkalo" qəzeti, 525-ci qəzet, Xalq qəzeti və ANS TV yer almışdır. Bir il sonra ANS, onun ardınca «Xalq» qəzeti təsisçilərin tərkibindən çıxıblar.

Təşkilatın yaradılmasında əsas məqsəd jurnalistlər üçün müzakirə və informasiya platforması yaratmaq, mətbuat konfransları və ictimai müzakirələr təşkil etmək idi.

Klub fəaliyyət göstərdiyi dövrdə müxtəlif media tədbirləri, müzakirələr və mətbuat konfransları təşkil etmişdir. Lakin maliyyə və təşkilati çətinliklər səbəbindən 2005-ci ilin yanvar ayında fəaliyyətini dayandırmışdır.

Yenidən fəaliyyətə başlaması 2019-cu ildə Bakı Mətbuat Klubunun fəaliyyəti yenidən bərpa edilmişdir. Həmin il sentyabrın 17-də təşkilatın yeni layihəsi olan pressklub.az saytının təqdimatı keçirilmişdir. Layihənin təşəbbüsçülərindən biri jurnalist və Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev olmuşdur. Onun sözlərinə görə, platformanın məqsədi jurnalistlər arasında informasiya mübadiləsini və peşəkar müzakirələri təşviq etməkdir.

Fəaliyyəti Bakı Mətbuat Klubu media nümayəndələri üçün açıq müzakirə platforması kimi fəaliyyət göstərməyi hədəfləyir. Klub media sahəsində aktual mövzuların müzakirəsi, jurnalistlərin peşəkar fəaliyyətinə dəstək və informasiya mübadiləsinin təşkili istiqamətində fəaliyyət göstərir.

Nəşrləri

Bakı Mətbuat Klubu tərəfindən 2002-ci ildə dünya mətbuat şuralarının təcrübəsinə həsr edilmiş 72 səhifəlik "Jurnalist məsuliyyəti" kitabının nəşr edilib. Bu kitabın nəşri USAID vəsaiti hesabına Avrasiya Fondu tərəfindən maliyyələşdirilib.

Media Müxtəliflik İnstitutunun 2005-ci ildə nəşr etdiyi "Media ilə əlaqələr: Azərbaycanın aparıcı mütəxəssislərinin tövsiyyələri" adlı vəsait "Bakı Mətbuat Klubu"nun tərəfdaşlığı ilə hazırlanmışdır.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:Media təşkilatları Kateqoriya:1998-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Bakı təşkilatları