Minab məktəbinə hava hücumu (; ) — İsrail-ABŞ qüvvələri tərəfindən Minab şəhərindəki qız məktəbinə edilmiş hücum.

Haqqında 28 fevral 2026-cı ildə İranın cənubundakı Minab şəhərindəki Şəcərə Təyyəbə qızlar ibtidai məktəbi, İsrail-Amerika Birləşmiş Ştatlarının İrana hücumlarının ilk günündə raketlə dağıdıldı. İran dövlət mediasının məlumatına görə, əksəriyyəti məktəbli olan 180 nəfər həlak olub.

Həlak olanların dəqiq sayı hələ müstəqil şəkildə təsdiqlənməyib, lakin dağıdılmış məktəbin video görüntüləri bir çox mənbə tərəfindən təsdiqlənib. Məktəbin eyni gün başqa bir hava hücumunun hədəfi olan İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz bazasının yaxınlığında yerləşdiyi bildirilir.

İstinadlar

Kateqoriya:Minab Kateqoriya:İran müharibəsində (2026) ölənlər

Kateqoriya:28 fevraldakı hadisələr Kateqoriya:Müharibə cinayətləri Kateqoriya:Uşaqlara qarşı zorakılıq