Əbu Zeyd Səid ibn Əvs ibn Sabit əl-Ənsari (; ) — Bəsrə dilçilik məktəbinə mənsub dil və ədəbiyyat alimi.
Bioqrafiyası O, Bəsrədə anadan olmuşdur. Quranın kitab halına salınmasında iştirak etmiş şəxslərdən olan Əbu Zeyd Sabit ibn Zeyd əl-Ənsarinin nəslindəndir.
O, Əbu Əmr ibn Əla, Müfəddəl əd-Dəbbi, İbn Cüreyc və Səid ibn Əbu Ərubə kimi şəxslərdən qiraət və hədis öyrənmişdir.
Tirmizi, İbn Səd, Əbu Hətim ər-Razi, Əbu Davud və başqaları Əbu Zeydə tələbəlik etmişlər.
Dövrünün qabaqcıl şəxsləri ilə münasibətlər quran Əbu Zeyd, Şafei ilə dostluq etmiş, Əbu Hənifə ilə görüşmüş və xəlifə Mehdi tərəfindən Bağdada dəvət edilmişdir.
Əbu Zeyd Bəsrədə vəfat etmişdir.
Əbu Zeydi Cahiz "xəta etməyən iki şəxsdən biri", Yəhya ibn Məin ilə Əbu Hətim ər-Razi isə "saduq" adlandırmış və onun Qədəriyyə tərəfdarı olduğu iddiasını rədd etmişdir.
Həmçinin bax
Əl-Əsmai Məmər ibn Müsənna
İstinadlar