thumb|right|Yayla şorbası.
Yayla şorbası və ya Yayla supu () — Türkiyə mətbəxinə məxsus, düyü ilə hazırlanan turşməzəli süd məhsullu şorba növü. Yayla şorbası həm isti, həm də soyuq halda süfrəyə verilir. Türkiyə mətbəxində şorbaların ümumi ənənəsinə uyğun olaraq, bu yemək yalnız nahar vaxtı yox, həmçinin səhər yeməyi və ya şam süfrəsində də təqdim olunur.
Yayla şorbası su, ət və ya toyuq bulyonu əsasında hazırlanır. Bulyona əvvəlcədən yuyulmuş düyü əlavə edilərək bişirilir. Yoqurt və ya qatıq sabitləşdirilməsi məqsədilə yumurta sarısı və un ilə qarışdırılır, daha sonra isti bulyonla durulaşdırılır. Alınmış kütlə əsas bulyona birləşdirilərək yenidən qaynadılır. Yayla şorbası əridilmiş kərə yağı və müxtəlif ədviyyatlar — qurudulmuş nanə, şüyüd və paprika ilə ədviyyələnir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Türkiyə mətbəxindəki yeməklər Kateqoriya:Şorbalar Kateqoriya:İraq mətbəxi