Almaniyanın Azərbaycandakı səfirliyi — Almaniya Federativ Respublikasının Azərbaycanda rəsmi nümayəndəliyi. Səfirlik Almaniyanın rəsmi nümayəndəliyi olaraq Almaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Almaniyanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Azərbaycan Respublikasında təmsil edir.

Almaniyanın Azərbaycanda Fövqaladə və səlahiyyəti səfiri Dr. Ralf Horlemanndır.

Azərbaycanın Almaniyada Fövqaladə səfiri Nəsimi Ağayevdir.N.M.Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Haqqında Tarixi Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanıyıb.

İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycanın Almaniyada Səfirliyi 2 sentyabr 1992-ci il tarixində təsis edilib.

Almaniyanın Azərbaycanda Səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır.

Parlamentlərarası əlaqələri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan — Almaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Almaniya Bundestaqında Azərbaycanla əlaqələr Almaniya-Cənubi Qafqaz Parlament Dostluq Qrupu çərçivəsində həyata keçirilir.

Səfirlər Almaniyanın Azərbaycanda səfiri Almaniya Federasiyasını Azərbaycan Respublikasında təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonuKristian Zibek19972001Klaus Qrevlix Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Bakıdakı səfiri Klaus Qrevlix ilə söhbətindən - 27 avqust 2002-ci il 20012004Detlef Lingeman (müvəqqəti işlər vəkili) DETLEF LİNGEMAN AFR-İN AZƏRBAYCANDAKI MÜVƏQQƏTİ İŞLƏR VƏKİLİ TƏYİN EDİLMİŞDİR 20042006Per Kristofer Stançin 20062010Haydrun Tempel20132016Mixael Kindsqrab 20162019Volfqanq Maniqin20192022Dr. Ralf Horlemann2022

Viza Azərbaycan və Almaniya arasında viza rejimi mövcuddur.

Almaniya vətəndaşları Azərbaycana gələrkən Azərbaycan Respublikası Rəsmi elektron viza portalı vasitəsilə elektron viza (e-viza) almalıdırlar.

Almaniya Federasiv Respublikası Şenqen sazişinin iştirakçısı olduğundan, Azərbaycan vətəndaşları üçün Şenqen vizası qaydaları tətbiq edilir. Viza adətən 90 gündən artıq olmayan müddət ərzində etibarlıdır.

Tələb olunan sənədlər Xarici pasport və surəti Əvvəlki vizaların və giriş-çıxış möhürlərinizin surətləri Şəxsiyyət vəsiqəsinin surəti İş yerindən arayış, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış) Elektron hökumət portalından iş yeri ilə bağlı arayış Bank hesabından arayış və çıxarış Müraciyyət edən şəxsin adında olan mülklərin çıxarışları Mülki vəziyyətin sübutu (nikah haqqında şəhadətnamə, 18 yaşdan aşağı uşaqlar varsa, doğum haqqında şəhadətnamələri) 2 ədəd 3.5x4.5 ölçüdə, biometrik və ağ fonda şəkil Səyahət üçün edilən aviabilet bronları Otel rezervasiyaları Şengen qaydalarına uyğun səyahət sığortası Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu.

Almaniya səfirliyində viza görüşü zamanı yalnız ingilis dilində təqdim olunan sənədlər qəbul edilir.

Xarici keçidlər

Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyanin Azərbaycanda səfirliyi İkitərəfli münasibətlər

Kateqoriya:Almaniya–Azərbaycan münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Almaniyanın xarici siyasəti Kateqoriya:İkitərəfli əlaqələr Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Almaniyanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər

İstinadlar