Luis Aleksander Zlotin (; ) — Manhetten layihəsində iştirak etmiş kanadalı fizik və kimyaçı. Manitoba əyalətinin Vinnipeq şəhərində, Nort-End rayonunda doğulub boya-başa çatan Slotin, Manitoba Universitetində həm elm bakalavrı, həm də elm magistri dərəcələrini almış, 1936-cı ildə isə London Kral Kollecində fiziki kimya üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. Daha sonra o, siklotronun layihələndirilməsinə kömək etmək məqsədilə elmi işçi kimi Çikaqo Universitetinə qoşulmuşdur.

1942-ci ildə Slotin Manhetten layihəsində iştirak etməyə dəvət olunmuş və burada uran və plutonium nüvələrinin kritik kütlə dəyərlərini müəyyən etmək üçün təcrübələr aparmışdır. İkinci Dünya müharibəsindən sonra o, Nyu-Meksiko ştatındakı Los Alamos Milli Laboratoriyasında tədqiqatlarını davam etdirmişdir. 21 may 1946-cı ildə Slotin təsadüfən sərt radiasiya seli ilə nəticələnən ifrat kritik zəncirvari nüvə reaksiyasına səbəb olmuşdur. Təcili olaraq xəstəxanaya çatdırılsa da, doqquz gün sonra, mayın 30-da vəfat etmişdir. Beləliklə, Slotin, əvvəlki il eyni plutonium "iblis nüvəsi" ilə bağlı qəzada həyatını itirən Harri Daqlianın ardından tarixdə kritiklik qəzasının ikinci qurbanı olmuşdur.

Slotin həmkarlarının ölümünün qarşısını almaq üçün göstərdiyi operativ reaksiyaya görə ABŞ hökuməti tərəfindən qəhrəman elan edilmişdir. Lakin Slotin qəzaya səbəb olan təcrübə zamanı təhlükəsizlik protokollarına məhəl qoymamışdı. Bu səbəbdən bəzi fiziklər Slotinin qəzadan əvvəlki davranışının ehtiyatsız olduğunu və ölümünün qarşısının alına biləcəyini qeyd etmişlər. Bu hadisə və onun nəticələri bir neçə bədii və sənədli əsərdə dramatikləşdirilib.

İstinadlar

Xarici keçidlər

Louis P. Slotin – The Manhattan Project Heritage Preservation Association Louis Slotin, profile – GCS Research Society The Secret Life of Louis Slotin – Canadian Nuclear Society

Guide to the Louis Slotin Memorial Fund Records 1946–1962 at the University of Chicago Special Collections Research Center

Kateqoriya:1 dekabrda doğulanlar Kateqoriya:1910-cu ildə doğulanlar Kateqoriya:30 mayda vəfat edənlər Kateqoriya:1946-cı ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:London Kral Kollecinin məzunları Kateqoriya:London Universitetinin məzunları Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ alimləri Kateqoriya:Nüvə fizikləri