Əbül-Fəzl Saleh ibn Əhməd ibn Məhəmməd ibn Hənbəl əş-Şeybani (; ) — Əhməd ibn Hənbəlin böyük oğlu və tələbəsi.
Bioqrafiyası Hicri 203-cü (818) ildə Bağdadda doğulub.
Atasından, Əli ibn Mədini, Əbül-Vəlid ət-Təyalisi və İbrahim ibn Fəzl əz-Zərii kimi alimdən dərs alıb. Hədisləri əzbərləyib, atasından fiqh öyrənib, Tarsus və İsfahanda qazılıq edib və buralara atasının görüşlərini yayıb.
Mənbələrə görə İsfahandakı qazılıq vəzifəsini borclarının çoxluğundan ötrü qəbul etdiyini söyləyib. Bağdadda uzun müddət fiqh dərsləri verib.
Oğlu Züheyr, Əbu Bəkr ibn Əbu Asim, Əbül-Qasım əl-Bəğavi, Məhəmməd ibn Cəfər əl-Həraiti, Yəhya ibn Səid, İbn Əbu Hətim ər-Razi, Əhməd ibn Məhəmməd ibn Yəhya əl-Kəssar və Əbu Bəkr əl-Həllal kimi alimlər ona tələbəlik ediblər.
Ondan hədis yazmış İbn Əbu Hətim ər-Razi onun doğru danışan və etibarlı bir şəxs olduğunu söyləyib.
Saleh ibn Əhməd ibn Hənbəl qazılıq etdiyi İsfahanda vəfat edib.
O, "Məsailül-İmam Əhməd ibn Hənbəl", "Sirətül-İmam Əhməd ibn Hənbəl" və "Mihnətü Əhməd ibn Hənbəl" adlı əsərlərin müəllifidir.
Həmçinin bax Abdullah ibn Əhməd ibn Hənbəl
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hənbəlilər