Vahid Ələkbərov (tam adı: Vahid Yusifoviç Ələkbərov; ) — Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoyl" neft şirkətinin təsisçisi və eks-prezidenti
Həyatı Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının ovaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.
Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-ci ildə ABŞ-nin "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilir.
Forbes jurnalının 2024 və 2025-ci il üzrə Rusiyanın ən varlı adamları siyahısında birinci yeri tutur.
İctimai fəaliyyəti Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur.
Mükafatları "Şərəf nişanı" (1986) "Dostluq" ordeni 29.08.2000 — "Şöhrət" ordeni "V. Y. Ələkbərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2000-ci il tarixli 390 nömrəli Fərmanı. e-qanun.az . 30.08.2010 — "Şərəf" ordeni "V. Y. Ələkbərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2010-cu il tarixli 1071 nömrəli Sərəncamı. e-qanun.az . IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" (2005) ordeni I dərəcəli "Madar atlısı" ordeni (Bolqarıstan, 2006), "Qərbi Sibirdə yerin təkinin mənimsənilməsi və neft-qaz kompleksinin inkişafına görə" medalı (1978) *31.08.2020 — "Dostluq" ordeniV. Y. Ələkbərovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İstinadlar
Xarici keçidlər
https://www.facebook.com/ElekberovVahid Vahid Ələkbərov-Forbes.com Vahid Ələkbərovun bioqrafiyası http://bizplus.az/vahid-ələkbərov-haqqinda/
Kateqoriya:"Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Azərbaycanlı milyarderlər Kateqoriya:Rusiyanın I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Rusiyanın II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Rusiyanın IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri Kateqoriya:Rusiya iqtisadçıları Kateqoriya:Rusiya iş adamları Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:Azərbaycan milyarderləri