Rzayeva Münəvvər Məcid qızı () — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Həyatı Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.

1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.

Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.

M. Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaradırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur.

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları Azərbaycan Respublikasının əməkdar rəssamı — 4 mart 1992

Xatirəsi 2019-cu ildə Münəvvər Rzayevanın 90 illik yubileyi qeyd olunmuşdur.

2024-cü ildə Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində heykəltaraşın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

Əsərləri ŞəxsTarixYerləşdiyi yerŞəkilQeydSevil Qazıyeva(Sevil Qazıyevanın heykəli)1969Bakı150pxbarelyef (bürünc)Mikayıl Müşfiq(Mikayıl Müşfiqin heykəli)1970Bakı büst (qırmızı qranit)Sergey Yesenin1977MərdəkanheykəlAyna Sultanova1986Bakı150pxbüstMehdixan Vəkilov1976Bakı (2-ci Fəxri Xiyaban)heykəlƏlibala Şirinov1973Bakı (2-ci Fəxri Xiyaban)heykəlBəhmənyarBakı (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi)büst (mərmər)İmadəddin NəsimiBakıheykəl (ağac)Səməd Vurğun1966İmişliheykəlSevil Qazıyeva1972ZaqatalaheykəlMirzə Ələkbər Sabir1973QubabüstMəhsəti Gəncəvi(Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983))1983Gəncə150pxheykəlMikayıl Müşfiq1989Xızı (Sayadlı)heykəlNigar Rəfibəyli(Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998))1998Gəncə150pxheykəl (bürünc)Heydər Əliyev1998Qusar ("Heydər Zirvəsi")barelyef (tunc)

İstinadlar

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycanlı heykəltaraşlar Kateqoriya:Münəvvər Rzayeva Kateqoriya:XX əsr Azərbaycan qadın rəssamları Kateqoriya:XXI əsr Azərbaycan qadın rəssamları Kateqoriya:SSRİ-nin incəsənət xadimləri