Şahzadə Tatyana Mariya Renata Yevgeniya Yelizaveta Marqarita Radzivil (; ) — Fransız-polyak əsilli aristokrat, bakteroloq.
1939-cu ildə Ruandə doğuldu. Atası polyak zadəganı Dominik Rayner Radzivil, anası isə Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Yevgeniyadır. Anasının köklü şəcərəsi səbəbilə, Yunanıstan, Rumıniya, İspaniya, Danimarka, Britaniya və Serbiya monarx ailələriylə yaxın qohumluq əlaqələri vardı. 1953-cü ildə II Elizabetin tacqoyma mərasiminə qatıldı. Gənclik illərində Norveç kralı V Harald üçün seçilən gəlin namizədləri arasında idi. 1962-ci ildə baş tutan Şahzadə Xuan Karlos və Şahzadə Sofiyanın, 1964-cü ildə isə II Konstantin və Danimarkalı Anna-Mariyanın toy mərasimlərində gəlinin nədiməsi olaraq iştirak etdi.
Paris Universitetində tibb bacısı və bakteriologiya üzrə təhsil aldı. Bu əsnada fransız kardioloq Dr. Jan Henri Fruxardla tanış oldu və 24 mart 1966-cı ildə Afinada evləndilər. Cütlüyün 2 övladı doğuldu.
Fabiola Fruxard (1967) Aleksis Fruxard (1969)
Nədiməsi olduğu İspaniya kraliçası Sofiyanın yaxın dostu idi və onu rəsmi səfərlərində müşayiət etdi. 19 dekabr 2025-ci ildə Parisdə vəfat etdi. 10 yanvar 2026-cı ildə Parisdə keçirilən cənazə mərasiminin ardından İtaliyanın Friuli-Venesiya-Culiya əyalətində anasının yanına dəfn olundu.
İstinadlar