Əs-Sirətün-nəbəviyyə () — İbn Hişamın Məhəmməd peyğəmbərin həyatı haqqında qələmə aldığı əsər.

Əsər "Əs-Sirətün-nəbəviyyə" Məhəmməd peyğəmbərin həyatı haqqında olub, bütünlükdə dövrümüzə qədər gəlib çata bilmiş yeganə əsərdir. Əsər İbn Hişamın misirli raviləri olan Məhəmməd ibn Həsən əl-Qəttan, Əbdürrəhim ibn Abdullah əl-Bəkri və qardaşı Əhməd əl-Bəkri tərəfindən digər İslam ölkələrinə yayılmışdır.

Əsərə bir çox şərh və haşiyə yazılmışdır. Əsər müxtəlif tarix (1971, 1985 və s.) və yerlərdə (Bulaq, Beyrut və s.) dəfələrlə nəşr edilmişdir. Əsər müxtəlif dillərə (alman, urdu, türk), o cümlədən 2012-ci ildə Azərbaycan dilinə tərcümə edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı