thumb|Astroloji istiqamətlər qoroskopun mərkəzi dairəsində göstərilir, burada müxtəlif rənglər və simvollar kvadrat (qırmızı) və ya üçbucaq (yaşıl) kimi fərqli aspektləri ayırır.

Astroloji aspekt, Astrologiyada aspekt və ya Baxış bucağı — astrologiyada planetlərin bürc dairəsində bir-birinə, həmçinin yüksələn (asendent), orta səma (MC), desendent (nəticə), aşağı orta səma (IC) və digər astroloji nöqtələrə qarşı yaratdıqları bucaqdır. Aspektlər Yerdən baxıldıqda, iki nöqtə arasındakı ekliptika ölçüsünün dərəcə və dəqiqələri cinsindən bucaq məsafəsi ilə ölçülür. Astroloji ənənəyə əsasən, onlar insanların həyatında və dünyada baş verən hadisələrin, keçidlərin və inkişaf dəyişikliklərinin vaxtını göstərirlər.

Bir aspekt nə qədər dəqiq olarsa, onun xarakterin formalaşmasında və ya dəyişikliklərin göstərilməsində bir o qədər güclü və ya dominant olduğu qəbul edilir.

Əsas aspektlər

Astroloji praktikada adətən aşağıdakı əsas (major) aspektlər fərqləndirilir: Birləşmə (0°): İki planetin eyni dərəcədə yan-yana gəlməsi. Sekstil (60°): Müsbət və dəstəkləyici əlaqə. Kvadrat (90°): Gərginlik və maneələri göstərən aspekt. Trin (120°): Harmonik və asan axan enerji. Oppozisiya (180°): Qarşıdurma və ya tarazlıq axtarışı.

İstinadlar

Xarici keçidlər

The Classical Origin & Traditional Use of Aspects Deborah Houlding Online Ephemeris from Khaldea.com—600BC to 2400AD—Calculated for Midnight GMT; also with an Aspectarian included for years 1900 to 2005 Harmonices mundi ("The Harmony of the Worlds") in fulltext facsimile; Carnegie-Mellon University

Kateqoriya:Astroloji aspektlər Kateqoriya:Qərb astrologiyasının texniki faktorları Kateqoriya:Zodiak bürcləri