Sinornitozavr — erkən təbaşir dövründə, təqribən 124-120 milyon il əvvəl yaşamış teropod dinozavr cinsi. Sinornitozavr kiçik ölçülüdür, təqribi olaraq boyu 0.9-1.2 m, ağırlığı isə 3-5 kiloqrama çatırdı. Tapılan ilk lələkli dinozavrlardan olan sinornitozavr ətyeyən (ovçu) növdür və onun qrup halında ovlandığı güman olunurhttps://australian.museum - Dinosaurs - Sinornithosaurus millenii. İstifadə tarixi: 23 yanvar 2026..

Təsviri Sinornitozavrın bütün bədəni tükəbənzər lələklər və qollarda ibtidai uçma lələkləri də daxil olmaqla müxtəlif tipli lələklər ilə örtürmüşdür. Sinornitozavr kəllə lələkləri və çiyinlərinin quruluşuna görə arxeopteriksə bənzəyir. Qanadlar uzun lələklidir. Fosilləşmiş piqmentlərə əsasən, sinornitozavrın lələklərinin qırmızı-qəhvəyi, sarı və qara rəngli olduğunu demək olar. Bu rənglər meşə ərazisində onun kamuflyaj olunmasına kömək edirdi.

Sinornitozavrın ağzı dimdik formasındadır, iti dişləri var. Ayaqlarının ucunda ovlanmağa və ya dırmanmağa xidmət edən iti pəncələr var. Qrup şəklində ovlandığı düşünülür. Uzun quyruğu müvazinəti qorumağa kömək edir.

Kəşfi Sinornitozavrın tam hesab edilən sketinin qalığı 1999-cu ildə məşhur Çin paleontoloqlarından biri olan Syuy Sin tərəfindən tapılmışdır. Sinornitozavr adının mənası hərfi tərcümədə Çin quş-kərtənkələsidir. Sinornitozavrın kəşfi dinozavr və quşların təkamülü arasındakı əlaqənin mühüm sübutlarından biridirhttps://jurassicapparel.com - Sinornithosaurus: The Feathered Dinosaur. İstifadə tarixi: 23 yanvar 2026..

Sinifləndirilməsi

Zəhərli diş ehtimalı Empu Qonqun başçılığı ilə bir qrup paleontoloqun 2009-cu ildə apardığı tədqiqatlar nəticəsində Sinornitozavr müəyyən edilən ilk zəhərli dinozavr olduhttps://www.thoughtco.com - Overview of Sinornithosaurus. İstifadə tarixi: 23 yanvar 2026.. Sübut kimi Sinornitozavrın ilan bənzəri dişləri oldu. Zəhərin ovu iflic etdiyi və ya öldürdüyü düşünülürdü. Ancaq sonrakı araşdırmalar zəhər kisəsi (zəhər vəzisi) kimi qəbul olunan yerlərin əslində bir fərdin dişlərinin yerindən oynaması ilə yarandığını və zəhərin bu növün xarakterik xüsusiyyəti olmadığını göstərdi.

Həmçinin bax

Mikroraptor

İstinadlar

Kateqoriya:Dinozavrlar Kateqoriya:Təbaşir dövrü dinozavrları