Əlibaba Baba oğlu Bəşirov () — Sosialist Əməyi Qəhrəmanı (1951).
Həyatı Əlibaba Bəşirov 1914-cü ildə Ağsu rayonunun Qaradağ kəndində doğulmuşdur.
Taxılçılıq sahəsində yüksək əmək göstəriciləri qazandığına görə 1951-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Əlibaba Bəşirov sonralar İttifaq əhəmiyyətli fərdi pensiyaya çıxmışdır.
10 dekabr 1978-ci ildə Ağsu rayonunun Qaradağ kəndində vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər