Sənaye kənd təsərrüfatı — meyvə və tərəvəz istehsalında müasir texnika və mexanizmlərdən geniş şəkildə istifadə olunmasına əsaslanan kənd təsərrüfatı modeli. Bu metodun əsasları XVIII əsrdə buxar maşınlarının tətbiqi ilə qoyulmuşdur. Müasir dövrdə isə sənaye kənd təsərrüfatı intensiv və rəqabətə əsaslanan istehsal forması kimi xarakterizə olunur.

Bu sistemdə kimyəvi gübrələrdən, alaq otları və zərərvericilərlə mübarizə məqsədilə istifadə olunan aqrokimyəvi preparatlardan yararlanmaqla, eyni məhsulun hər il geniş sahələrdə istehsalı həyata keçirilir. Əsas məqsəd maksimum məhsuldarlığa nail olmaq, kənd təsərrüfatı məhsullarını daha asan və ucuz şəkildə istehsal etməkdir.

Sənaye kənd təsərrüfatı kənd təsərrüfatı baxımından mühüm üstünlüklər versə də, müəyyən norma və qaydalara əməl olunmadıqda ətraf mühitə və insan sağlamlığına ciddi zərər vura bilər.

Üstünlükləri

Əhali artımı fonunda tələb olunan qida məhsullarının daha asan istehsal olunması İstehsal edilən kənd təsərrüfatı məhsullarının çeşidinin artması Kənd təsərrüfatı üçün zəruri olan təbii ehtiyacların (su, gübrə və s.) daha rahat təmin edilməsi Enerji və vaxt itkisinin azalaraq digər sahələrə yönəldilməsi Kənd təsərrüfatı məhsullarının saxlanması və bu sahədə insan əməyinə tələbatın azalması

Zərərləri

Məhsul itkilərini azaltmaq məqsədilə istifadə olunan kimyəvi maddələrin ətraf mühitə zərər vurması və məhsulun təbii strukturunu pozması Genetik modifikasiya olunmuş toxumların insan sağlamlığına mümkün mənfi təsirləri Kiçik miqyaslı istehsalçıların bazardan sıxışdırılaraq fəaliyyətlərini itirməsi Plansız və nizamsız urbanizasiya Ətraf mühitin çirklənməsi

İstinadlar

Xarici keçidlər

10 вещей, которые вы должны знать о промышленном сельском хозяйстве на сайте «Программы ООН по окружающей среде» (ЮНЕП ). Отрасли сельского хозяйства: агропромышленный комплекс(АПК), специализация, промышленность, ресурсы, примеры, растениеводство и животноводство (freevilladge.com) Гор­де­ев А. В., Мас­лен­ни­ко­ва О. А., Вер­мель Д. Ф. Безо­пас­ность Рос­сии: Пра­во­вые, со­ци­аль­но-эко­но­ми­че­ские и на­уч­но-тех­ни­че­ские ас­пек­ты. Про­до­воль­ст­вен­ная без­опас­ность. М., 2000–2001. Раз­дел 1–2; Гор­де­ев А. В. Про­до­воль­ст­вен­ная безо­пас­ность – про­бле­ма XXI ве­ка//«Про­до­воль­ст­вен­ная безо­пас­ность Рос­сии». Ме­ж­ду­на­род­ная кон­фе­рен­ция, 12–14 мар­та 2002 г.: Сбор­ник док­ла­дов. М., 2002; Гор­де­ев А. В., Бут­ков­ский В. А. Рос­сия – зер­но­вая дер­жа­ва. М., 2003.

Kateqoriya:Aqrar-sənaye kompleksi Kateqoriya:Kənd təsərrüfatı istehsalı Kateqoriya:Sənaye kənd təsərrüfatı