Tubaks — Almaniya mənşəli saksofon ailəsinə daxil nəfəsli musiqi aləti. Tubaks 1999-cu ildə Almaniya musiqi aləti istehsalçısı Benedikt Eppelşeym tərəfindən hazırlanmış modifikasiya edilmiş kontrabas saksafonudur. O, ən aşağı səsli saksafonlardan biridir. Kontrabas və subkontrabas saksafonlarının müasir alternativi sayılır. Adı “Tuba” və “Saksafon” sözlərinin birləşməsindən yaranmışdır. O, aşağı səsli saksafonlara daha portativ alternativ kimi təqdim edilib.

Benedikt Eppelşeym ilk dəfə tubax konsepsiyasını 1992 və ya 1993-cü illərdə Bavariya musiqi alətləri istehsalçısı "Münchner Blech"də işləyərkən irəli sürmüşdür. Bundan əvvəl Münxendəki Frans Trautun emalatxanasında işləyərkən, o, bokallarla təcrübələr aparmaq və saksafonları təmir etmək üçün çox vaxt sərf etmiş və iki eksperimental alət hazırlamışdı. "Münchner Blech"də o, kontrabas və bas saksafonları, eləcə də sarrusofonlar üzərində işləyə bilmişdir. Müasir istehsalda kontrabas saksafonlarının olmadığını qeyd edərək, onun ağlına sarrusofonu və ya Adolf Saksın orijinal patent rəsmindəki saksafon burdonunu xatırladan bir formada birini qurmaq ideyası gəlmişdir. O, kontrabas saksafona nisbətən daha kiçik və daşıması rahatdır. İstinadlar

Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Saksofon Kateqoriya:Almaniya ixtiraları