Tlapitzalli — qədim astek mədəniyyətinə aid nəfəs musiqi aləti. İspan işğalından qabaq bu musiqi aləti asteklər arasında geniş yayılmışdı. Tlapitzalli keramika, ağac, gil və ya sümükdən hazırlanmış fleyta formasında musiqi alətidir. Tlapitzallilərin üzəri əksər hallarda mücərrəd varlıqlar və ya astek tanrılarının təsvirləri ilə bəzədilirdi. Tlapitzalli çoxdəlikli ola bilərdi, dörd dəliyə qədər istifadə edilən nümunələr məlumdur. Tlapitzalli həmçinin Astek müharibə mərasimləri zamanı hücumları əlaqələndirmək üçün istifadə edilən qabıqlı borulara aid bir termin idi.

Tlapitzalli ifadəsi nahuatl dilidən götürülüb.

İstinadlar

Kateqoriya:Nəfəsli musiqi alətləri