Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır.Naxcıvan Ensiklopediyası. s.222

Toponimika Keçililər — qədim türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar. Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır.Naxçıvan Ensiklopediyası. s.222

Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid mənbələrdə Naxçıvan zonasında (Araz çayının sol sahilində) tayfa yekeçililərin yaşadığı və onların Səfəvilər dövründə kəngərlilərlə qaynayıb-qarışdığı qeyd olunmuşdur. Mənbələrdə oğuz mənşəli qayı tayfa birliyinə daxil olan qızılkeçili qolundan da bəhs edilmişdir. Türkmənlərdə yerçarı tayfasının qollarından biri də keçili adlanırdı. Keçili tayfası Türkiyədə yüryüklər arasında da qeyd olunmuşdur.Azərbaycan toponimləri. Bakı,1999. s.282. thumb|right|Keçili kəndində yeni salınmış yol.jpg Naxçıvan əyalətində Keçili tayfası ("tayfeye-keçili") adlı tayfanın yaşadığı qeyd olunmuşdur.Передняя Азиe в документах. Кн. I, Нахичеванские рукописные документы. XVII–XIX вв. Тифлис, 1936, с. 44. Keçili adlı türk tayfası orta əsrlərdə Türkiyə ərazisində də yaşayırdı.Гордлевский А. А. Соч. т. III, с. 109. V. A. Qordlevskiyə görə Səlcuqi oğuzlarının Kayı tayfasının bir qolu Qızıl Keçili, digəri Çəpni adlanırdı.Naxçıvan sancağlnln müfəssəl dəftəri, s. 27. Keçililər Naxçıvan əyalətində kəngərlərin bir qolu olmuşdur. Mənbədə qeyd edilir ki, keçmişdə Araz çayının sağ sahilində yaşamış bu tayfa Səfəvilər vaxtında Naxçıvana keçərək kəngərlərə qarışmışlarПередняя Азия в документах. Кн. I. Нахичеванские рукописные документы, с. 49.. Anadolu yarımadasında Sarı Keçili tayfasının yaşaması da məlumdurЕремеев Д. Е. Юрюки. М., 1969, с. 10..

Tarix Keçili kəndi Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin yamacında yerləşən qədim yurd yerlərindən biridir. Ərazidəki Kolluq yaşayış yeri, Dəyirman yeri, IX–XIII əsrlərə aid Xaraba Keçil kənd yeri, Keçil qəbiristanlığı və sair kimi maddi-mədəniyyət abidələri burada yaşayışın qədimdən mövcud olduğunu təsdiqləyir. Azərbaycanda məşhur olan Çınqıllı bulağı da bu kənddə yerləşir.

Faktlar sübut edir ki, XVI əsrə qədərki mənbələrdə Keçili kənd adına rast gəlinmir. Ona görə ehtimal edirik ki, həmin dövrə qədər kəndin adı Zimmi keçidi olmuş, keçili tayfası kənddə məskunlaşdıqdan sonra kəndə "Keçili" adı verilmişdir. "Zimmi keçidi" XVI–XVIII əsrlərdə Naxçıvan sancağının Dərəşahbuz nahiyəsində qeydə alınmış kənd adıdır. Nahiyədə bir-biri ilə həmsərhəd olan Nursu, Külüs, Əyrik kəndləri ilə yanaşı, adıçəkilən Zimmi keçidi kəndinin 1727-ci ildə gəliri 6737 ağça olmuşdur. Mənbələrdə Zimmi keçidi adının mənşəyinə toxunulmur, ancaq tədqiqatçıların bəziləri Keçili kənd adının mənşəyini yer səthinin quruluşu, iqlim şəraiti ilə əlaqədar keçid şəklində mənalandırırlar ki, bu mülahizə də Keçili kəndinin keçmiş adının Zimmi keçidi olması ehtimalını artırır. Zimmi keçidi adının birinci komponentinin (zimmi) mənası tam aydın deyil. Ola bilsin ki, adın bu hissəsi ərəbcə orta, ara mənasında işlənən zimn sözündən yaranmışdır. Keçid sözü isə bir yerdən başqa yerə keçmək üçün yol, keçəcək, iki dağ arasında olan dar boğaz mənasında işlənir və Zimmi keçidi adı yer səthinin quruluşu ilə bağlı dağ ortası, iki dağ arasında olan yer, məkan mənasını verir.

XVI əsrdən sonrakı mənbələrdə Keçili adına çox təsadüf edilir və bütün müəlliflər adın mənşəyinin tayfa adı ilə bağlı olduğunu yazırlar. Məsələn, Naxçıvana dair tarixi sənədlərdə yazılır ki, Tayifeyi-keçili adı ilə Arazın sağ sahilində yaşayan bu tayfa XVI əsrdə Səfəvilər dövründə Araz çayının şimalına köçmüş və kəngərli tayfalarının tərkibinə daxil olmuşdur. Həmin sənəddə qeyd edilir ki, kəngərlilərə görə keçililəri ayrıca tayfa saymaq lazımdır. Nadir şah Kabilə hücum edəndə onun qoşununun tərkibində kəngərlilər və keçililər də olmuşdur. Nadir şahın ölümündən sonra Azad xan keçililərdən ibarət bir dəstəni – 18 nəfəri qoşununa qəbul etmişdir. Arazın cənubunda yaşayan keçililər keç tayfası kimi tanınmış və Kərim Sultan adlı şəxs bu tayfaya başçılıq etmişdir. Məlumata görə, bu vəzifədən azad edilən Kərim Sultan İran şahı Kərim xan Zəndə həmin vəzifəyə qayıtmaq üçün müraciət edir və onun xahişi qəbul olunur.

Mənbələrdə Keçili tayfa adı keçili, qızılkeçili, sarıkeçili variantlarında təqdim olunur və tayfanın yayılma arealları da göstərilir. Məsələn, İ. Şopen XIX əsrdə İrəvan quberniyasının Sərdarabad nahiyəsində iki Keçili, Naxçıvan qəzasında isə bir Keçili kəndinin varlığını təsdiqləyir. A. V. Qordlevski qızılkeçililərin oğuzların qayı tayfasına mənsub olduğunu yazır. Bu adın məna açımı ilə bağlı heç bir tədqiqat aparmayan K. N. Smirnov Keçili sözünün mənşəyini səhv olaraq keçi/keçiçilik sözü ilə əlaqələndirir. Q. Məşədiyev belə hesab edir ki, Keçili türkmənlərin tərkibində ayrıca tayfa olmuşdur. Çox güman ki, oğuz-türkmən tayfası olan yürüklərin sarıkeçili qolu da bu tayfa adı ilə əlaqədardır.

Bu müəlliflərdən fərqli olaraq, Q. Qeybullayev keçililəri kəngərlilərin bir qolu hesab edir və Şahbuz rayonundakı Keçili kəndinin Plankənd adlandırıldığını da yazır. Ancaq qeyd etmək lazımdır ki, Plankənd Şahbuz rayonundakı Keçili kəndinin yox, əsası Naxçıvanın Keçili kəndindən köçən ailələr tərəfindən qoyulmuş Şəmkir rayonundakı Keçili kəndinin adıdır. Mənbələrin məlumatına görə, XVII əsrdə Şahbuz nahiyəsinin Keçili kəndindən bir qrup ailə Şəmkir rayonuna köçmüş və məskunlaşdıqları kəndə Keçili adını vermişlər. 1954-cü ildə həmin kənd planlı surətdə köhnə ərazidən bir qədər aralıda (indiki yerində) salındığı üçün Plankənd adlandırılmış, 1994-cü ildə kəndin adı yenidən Keçili kimi rəsmiləşdirilmişdir.

Yuxarıdakı xülasədən aydın olur ki, Səfəvilərin hakimiyyəti dövründə Arazın şimalına köçüb Naxçıvanda məskunlaşan tayifeyi-keçili kəngərli tayfaları ilə qaynayıb-qarışmış, təbiətin gözəl guşəsində özlərinə yurd-yuva salmış qədim soykökümüzü qoruyub saxlayan türk tayfalarından biridir. Bu adın paralelləri Şəmkir, Zəngilan, Zaqatala rayonlarında, Gəncə şəhərində, Türkiyə, İran, Türkmənistan və Gürcüstanda da mövcuddur.http://serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/1667-kaendlaerimizin1111-tarikhi-vae-adlar-hazhzh-nda-nae-bilirikəndlərimizin tarixi və adları haqqında nə bilirik?

Tarixi mənbələrdə qeyd olunur ki, islam dinini müharibəsiz və sülh şəraitində, mehribanlıqla qarşılayan kənd sakinləri sonralar islamın yayılmasında da mühüm rol oynayıblar. Kənd əhalisi adət]]-ənənələrə, dini dəyərlərə, milli soy kökə bağlı insanlar olublar. Keçili kəndinin say-seçmə oğulları Şah İsmayılın, Şah Abbasın, Nadir şahın ordusunda da xidmət etmiş, şücaətlə vuruşmuşlar. Hətta Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında da yaxından iştirak edən Keçili kəndinin oğulları sonralar, Bolşevik hökuməti qurulduqdan sonra təqib olunmağa başlamışlar.Sadiq Sadiqov Tarixin qan yaddaşı 1918–1920-ci illərdə xain ermənilərin terror dəstəsi olan daşnaklar Naxçıvanda amansız qırğınlar törədərkən Keçili kəndinin qəhrəman oğulları daşnaklara elə dərs vermişlər ki, ermənilər Babək rayonunun Vayxır kənd ərazisindəki Qızıl boğaz adlanan ərazidə kütləvi qırğın verərək geri qayıtmışlar.Ziya Bünyadov. Qırmızı terror

Sovet rejiminə qarşı ilk dəfə mübarizəyə başlayan bölgələrdən biri də məhz Keçili kəndinin insanları olub. Kolxoz quruculuğu və kollektivləşmə illərində var-dövləti əlindən alınan, adət-ənənəsi, milli dəyərləri, şərəf və ləyaqəti xaçpərəst tapdağı altında qalan sadə kənd camaatı silaha sarılaraq sovet hökumətinə qarşı böyük bir hərəkata başlamışlar. Bu hərəkat tarixə Qaçaq hərəkatı'' kimi düşüb. Üsyançı dəstəyə Keçili kəndinin say-seçmə oğulları başçılıq edib və bu hərəkata sonralar Naxçıvan Muxtar Respublikanın bütün bölgələrindən gəlib qoşulanlar olub. Bu qaçaq hərəkatına gənc yaşlarından igidliyi ilə ad çıxaran Qaçaq Quşdan, sərrast atıcılığı ilə fərqlənən Kalba Süleyman, Kalba Bilal, Orucalı, Dəli Məhərrəm, Kalba Səyyad rəhbərlik ediblər. Bundan başqa dəstə üzvlərinin sırasında, Qasımalı, Əbülfəz, Qəni, Kalba Abbas, Fətalı kimi igid oğullar da yer alıblar. Amma 1934-cü ilin payızında sovet hökuməti bu üsyanı çox amansızlıqla yatırmış, ədalət, müstəqillik, azadlıq istəyən insanların çoxunu isə vətən xaini adıyla Şahbuz qəsəbəsinin mərkəzində güllələmişlər. Represiyya illərində Keçili kəndindən 50-yə yaxın ailə Qazaxıstanın cənubuna Taldı-Kurqan vilayətinə, o cümlədən, Yevlax rayonuna, Gədəbəyə sürgün edilmişdir. Bu mübarizədən sonra kənd əhalisi öz yaralarını sağaltmaq üçün başqa yol seçmişlər. Bu yol isə elmdən, təhsildən, məktəbdən keçirdi.Güllü Məmmədova Qaçaq Quşdan

Coğrafiyası thumb|right|Keçili çayı.jpg Keçili kəndi Şahbuz rayonunun 22 kəndindən biridir. Kənd Zəngəzur dağının ətəyində 39.22 dərəcə şimal enliyi və 45.43 dərəcə şərq uzunluğunda və mütləq hündürlüyü 1880 metr yüksəkilikdə yerləşir. Ərazinin Yayı quraq keçən soyuq iqlimi vardır. Ərazidə səth hissəsində aşağı pliosen yaşlı süxurlar üstünlük təşkil edir. Zəif parçalanmış maili duzənliklərdə dağ-cəmən-çimli ibtidai torpaqlar üzərində şırımlı topal və taxılkimilər. Bu landşaft Qışlaq, Məzrəsuyal, Kecili duzu və Sarıdağ maili duzənliklərini əhatə edir. Cavan alluvial-fluvioqliasial cokuntuləri altında paleogenin cokmə, neogenin puskurmə suxurları yayılmış və maili duzlərin səthi ideal şəkildə duzəlmişdir. Onların ətraf yamacları isə kəskin parcalanmışdır. Maili duzənliklərin səthində yayılmış suxurlar icərisində iri daşlar vardır. Həmin alluvial-fluvioqliasial mənşəli cokuntulər Şahbuz və Nursu çaylarının fəaliyyəti, eləcə də qədimdə baş vermiş buzlaşma nəticəsində yaranmışdır. Kənd hər tərəfdən dağ silsilələri ilə əhatə olunmuşdur. Keçili kəndinin şimal-şərqində Qaramabulaq təbii mərzi və kəndinin şimal-şərqində Üçqardaş dağı vardır.

Florası əsasən kolluqlardır ki, burada çoxlu cır badam, alma, armud, alça və sair yetişir. Calaq vasitəsilə onlardan yeni, quraqlığa davamlı və məhsuldar meyvə növləri almaq mümkündür. Kəndətrafı və həyətyanı torpaq sahələrində çiyələk, kartof, heyvanlar üçün yem bitkiləri, meyvə və tərəvəz əkilir. Kənddə xeyli insan arı ailələri saxlayır. Çaydaşları üzərində inkişaf etmiş dağ-cəmən ibtidai cimli torpaqlarda qalın cəmən bitkiləri bitmişdir. Burada şırımlı topal və taxılkimilərlə yanaşı, seyrək hallarda gəvən, kəklikotu, yemişan kolları, tək-tək itburnu kolları vardır. Kolluqlar əsasən şumlanmış səthlərin aralarında qalmışdır. Qədimdən surulmuş sahələrdə sudduyən, qanqallar ustunluk təşkil edir. Kecili və Məzrəsuyal duzləri indi müasir texnika ilə becərilir. Bu duzlərdə yuz hektarlarla sahələrdə taxıl əkilir. Qalan sahələrdən bicənək və məhsuldar otlaqlar kimi istifadə edilir. Keçili düzündə 300 hektaradək əlverişli relyefə malik olan, lakin istifadə edilməyən münbit torpaq sahəsi vardır. Həmin sahələr su ilə təmin edilərsə, xaşa, kartof əkmək və ya meyvə bağları salıb bol məhsul götürmək olar.