Əbu Əli Şəqiq ibn İbrahim əl-Əzdi əl-Bəlxi (; ) — xorasanlı sufi.

Bioqrafiyası Bəlxdə anadan olub. Ticarətlə məşğul olub. Əbdülkərim əl-Qureyşinin birlidiyinə görə, Türküstanda bir paqanla qarşılaşdıqdan sonra sufiliyə yönəlib.

Həccə getmiş, Cəfər əs-Sadiqlə görüşmüş, Əbu Hənifəyə, Əbu Yusifə və Züfərə tələbəlik etmişdir. Başlanğıcda əhli-rəyin fikirlərini mənimsəmiş, sonra isə əhli-hədisin fikirlərini mənimsəmişdir. İsrail ibn Yunis əs-Səbbi, Əbbad ibn Kəsir, Kəsir ibn Abdullahdan hədis rəvayət etdiyi və sünnəyə qarşı xüsusi həssaslıq nümayiş etdirdiyi qeyd olunmuşdur.

Şəqiq, Mavəraünnəhrdəki döyüşlərdə iştirak etmiş və Qulan döyüşündə həlak olmuşdir.

Ona "Ədəbül-ibadət" adlı risalə nisbət olunur. Bu risalə Pol Nuyia tərəfindən nəşr edilmiş, Nəsrullah Purcəvadi tərəfindən fars dilinə tərcümə edilmişdir.

İstinadlar

Kateqoriya:Sufilər Kateqoriya:Övliyalar