Türkiyə Respublikası vətəndaşının şəxsiyyət vasiqəsi (türk. Türkiye Cumhuriyeti Kimlik Kartı) — Türkiyə Respublikası vətəndaşı olduğunu təsdiq edən və əhalinin reyestrlərində qeydiyyata alınmış rəsmi şəxsiyyət sənədi. Ölkədaxili vətəndaşlıq qeydiyyatı şöbələri və Türkiyə Respublikasının xarici nümayəndəlikləri tərəfindən verilir.Nüfus Cüzdanı Talep Belgesi ve Nüfus Cüzdanı Örneği Qanuna görə, hər bir Türkiyə vətəndaşı doğum anında qeydiyyata alınmalı və öz adına kimlik kartı olmalıdır.^ "5490 Sayılı Nüfus Hizmetleri Kanunu. T.C. Resmî Gazete, 26153, 29 Nisan 2006"
Tarixi Osmanlı dövrü Osmanlı İmperiyasında şəxsiyyət sənədlərinin verilməsi II Əbdülhəmidin dövründə başlamışdı. Lakin o zaman Osmanlı İmperiyasında əhalinin qeydiyyatı olmadığı üçün bu şəhadətnamələr indiki şəxsiyyət vəsiqələrindən fərqli olaraq dəqiq olmurdu. Ona görə də təcrübə dövlət üçün gözlənilən faydalar verilmədi və yeni sistemin axtarışına başlandı.Genel Müdürlüğümüzün Tarihçesi Osmanlı Dönemi
Yeni yaradılmış sistemə uyğun olaraq əhalinin ilk ümumi uçotu 1905-ci ildə aparılıb. 1914-cü ildə İkinci Məşrutiyyətlə bərabər yenidən fəaliyyətə başlayan Məclis-i Məbusan tərəfindən qəbul edilən Əhalinin Qeydiyyat qanunu ilə Osmanlı İmperiyasının bütün vətəndaşlarına şəxsiyyət vəsiqəsi adlanan, üzərində Sultanın imzası, Aypara və ulduz möhürlü sənədlərin verilməsi nəzərdə tutulmuşdu.
Bütün vətəndaşlardan daşınmaz əmlak alarkən, dövlət qulluğuna daxil olarkən, məktəbə qəbul olduqda qeydiyyatdan keçərkən, təqaüdə çıxarkan, pasport prosedurlarına, nikaha daxil olarkən, zəruri hallarda ölkədaxili və xarici səfərlər zamanı şəxsiyyət vəsiqələrini təqdim etmələri tələb olunurdu. Lakin qanunun sonuncu maddəsinə əsasən, şəxsiyyət vəsiqələri verilənə qədər əhali üçün bütün bu əməliyyatlar icazələr vasitəsilə həyata keçirilirdi.^ Sicilli Nüfus Kanunu. Takvim-i Vekayi, 1929, 17 Şevval 1332 ve 26 Ağustos 1330
Cümhuriyyət dövrü thumb|Atatürk dövründə olan şəxsiyyət vəsiqəsi (Nüfus Hüviyet Cüzdanı) thumb|Nüfus Hüviyet Cüzdanı Qeydiyyata alınmış Nüfus Hüviyet Cüzdanı Respublika dövründə qırx doqquz il müddətində qüvvədə qalmış və Qanunla tənzimlənən şəxsiyyət vəsiqələrinin tətbiqini davam etdirilmişdir. 1927-ci ildə Respublika tarixində ilk dəfə Türkiyə əhalisinin siyahıyaalınması aparılmışdır və bir ildən sonra ərəb hərifli Osmanlı əlifbasıyla yazılmış və birinci səhifəsində aypara işarəsi olan dəftər tipli şəxsiyyət vəsiqələri paylanmağa başladı.Osmanlı'dan günümüze Türkiye'nin 'kimlik kartları' İlk kez "Devlet-i Aliyye-i Osmaniyye Tezkiresi" ismiyle basılan nüfus cüzdanlarında, Osmanlı'dan günümüze birçok değişiklik yapıldı. Bu vəsiqələrin birinci səhifəsində şəxsiyyət vəsiqəsi sahibinin adı, sənəti, statusu, "Türkiyə Respublikası vətəndaşlığına malik olan və vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatda olan şəxsə verilir" cümləsi,Osmanlı'dan günümüze Türkiye'nin kimlik kartları ikinci səhifəsində isə "Atasının adı", "Anasının adı", "Tarixi və doğulduğu yer" və "Yaşayış yeri" üçün bölmələr var idi.
Latın əlifbasının qəbulundan sonra Türkiyə Cümhuriyyətinin Nüfus Hüviyet Cüzdanı olaraq adlandırılan şəxsiyyət vəsiqələri yeni əlifbadan istifadə edilməklə yenidən buraxıldı və 1934-cü ildə Soyadı Qanununun qəbulu ilə cüzdanlara soyadlar əlavə edildi. Bu dövrdə çap olunan vəsiqələrin birinci səhifəsində aypara ulduz və vəsiqə sahibinin fotoşəkili əks olunmuşdu. İkinci səhifədə aşağıdakı sahələr var idi: Adı, ailəsi, statusu , valideyinlərinin adı, doğum yeri, doğum tarixi.
1963-cü ildə şəxsiyyət vəsiqələri qiymətli kağızlar sayılırdı və Türkiyə Cümhuriyyəti Maliyyə Nazirliyinə onların çapı, yayılması, müəyyən edilməsi və ödənişlərinin alınması səlahiyyəti verildi.DEĞERLİ KAĞITLAR KANUNU
1972-ci ildə yeni Nüfus Qanunu tətbiq olundu və şəxsiyyəti təsdiq edən Türkiyə Cümhuriyyəti Kimlik Kartı adlı yeni şəxsiyyət vəsiqələri qəbul olundu,NÜFUS KANUNU lakin köhnə vəsiqələr 1991-ci ilə qədər rəsmi əməliyyatlarda qüvvədə idi. 1 iyun 1976-cı ildə kartların rəngi cinsiyyətə uyğun fərqləndirildi (qadınlar üçün narıncı/qırmızı, kişilər üçün mavi).GEÇMİŞTEN GÜNÜMÜZE NÜFUS CÜZDANLARI (ÖZEL HABER)
2017-ci ildə tamamilə rəqəmsal olan, çip və biometrik məlumatları ehtiva edən Türkiyə Cümhuriyyətinin Kimlik kartı istifadəyə verildi.T.C. Kimlik Kartı
Biometrik çip kimlik kartları 2007-ci ildə Baş nazirlik Tərtibatı çərçivəsində TÜBİTAK tərəfindən hazırlanacaq çip əsaslı Türkiyə Cümhuriyyəti Kimlik Kartı layihəsi üzərində işlərə başlandı.
2008-ci ilin sentyabrından 2010-cu ilin noyabrına qədər davam edən pilot proqramda vətəndaşlar yeni kimlik kartlarını əvvəlcə Bolu şəhər mərkəzində, sonra isə bütün Bolu vilayətində istifadə ediblər.
2016-cı ildə Türkiyədə yeni şəxsiyyət vəsiqələrinin ölkə daxilində tətbiqi planlaşdırılır.TÜRKİYE CUMHURİYETİ KİMLİK KARTI PROJESİ Bu planı həyata keçirmək üçün qanunvericiliyə dəyişikliklər edilib və 2016-cı ildə edilən qanun dəyişikliyi ilə "Əhaliyə xidmətlər haqqında" qanundan " nüfus cüzdanı" termini çıxarılaraq "kimlik kartı" termini ilə əvəz edilib.ASKERLİK KANUNU VE BAZI KANUNLARDA DEĞİŞİKLİK YAPILMASINA DAİR KANUN
2 yanvar 2017-ci il tarixindən etibarən köhnə şəxsiyyət vəsiqələri çip və biometrik məlumatları özündə əks etdirən kimlik kartları ilə əvəz edilib. Kart Daxili İşlər Nazirliyi tərəfindən bütün Türkiyə vətəndaşlarına verilən Aİ tipli şəxsiyyət vəsiqəsidir. Hökumət köhnə şəxsiyyət vəsiqələrinin etibarlılığını 2023-cü ilə qədər uzadıb.^ "Sık Sorulan Sorular - NVI" Vətəndaşlar yeni kimlik kartı almaq üçün NVI Portalın internet saytından qəbula yazılır və biometrik fotoşəkili ilə qəbul məntəqəsində şəxsiyyət vəsiqəsi ərizəsini doldururlar. Yeni şəxsiyyət vəsiqələri daşımaq daha asandır və deformasiyaya daha az meyllidir. Bundan əlavə, artan təhlükəsizlik sayəsində bütün şəxsi məlumatlar PİN kodlu şəxsiyyət vəsiqəsində saxlanılır.
Ömürlük etibarlı olan əvvəlki vəsiqələrdən fərqli olaraq, kimlik kartın etibarlılıq müddəti on ildir, ölçüsü də əvvəlki kartlardan daha kiçikdir.Ehliyet yenileme ücreti ne kadar? (Ehliyet yenileme işlemleri) Kartlar ikidillidir: həm türk, həm də ingilis dillərində. Elektron imza kartın çipinə yüklənə bilər. Kimlik kartı 21 sentyabr 2020-ci il tarixindən etibarən sürücülük vəsiqəsi kimi də istifadə olunur.SON DAKİKA HABERİ: Çipli kimlik kartında yeni dönem Gələcəkdə bank kartı kimi də istifadə edilməsi nəzərdə tutulur.
Xüsusiyyətləri Kredit kartı ilə eyni ölçüdədir və on il istifadə müddəti var. Saxtakarlığa qarşı vizual və elektron qoruyucu elementlərini ehtiva edir. Daha təhlükəsiz çoxfaktorlu autentifikasiyaya malikdir (PIN, biometrik məlumatlar, elektron sertifikat, foto). Şəxs Elektron imza yükləyə bilər. Sürücülük vəsiqəsi kimi istifadə oluna bilər. Beynəlxalq standartlara uyğundur (ISO-7816, ISO-14443, ICAO-9303)"Elektronik Kimlik Doğrulama Sistemi".
Dizaynı Yeni şəxsiyyət vəsiqəsinin ön hissəsində türk mədəniyyətinə aid çoxsaylı elementləri əks etdirən motivlər var. Bunlar mətbuata Osmanlı, Səlcuqlu motivləri və Türkiyə Cümhuriyyətinin müasir elementləri kimi təqdim edilmişdir. Firuzəyi rəngdən istifadənin məqsədi firuzəyi rəngin Türkiyəni beynəlxalq səviyyədə təmsil etməsi ilə bağlıdır. Kartın arxa tərəfində 1-ci Türkiyə Böyük Millət Məclisinin binası təsvir olunub.Yeni kimlik kartı ortaya çıktı: Tek renk, çok güvenlikÖn yüzünde lale arkada ilk Meclis binası var
Kimlik kartın daşımaq öhdəliyi Türkiyədə yaşı 15-dən yuxarı olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini hər zaman yanlarında gəzdirmələri tələb olunur. 2005-ci il tarixli “Pozulmalar haqqında” Qanunun 40-cı maddəsinə görə, özünü dövlət məmuruna təqdim etməmək cinayətini törədən hər kəs inzibati cərimə ilə üzləşir. Şəxsiyyəti açıqlanmayan şəxsə məlumat verilərsə, bu barədə dövlət ittihamçısı məlumatlandırılacaq və onlar şəxsiyyətləri dəqiq müəyyən edilənə qədər saxlanılacaq, lazım gəldikdə isə həbs oluna bilərlər.5326 Sayılı Kabahatler Kanunu, T.C. Resmî Gazete, 25772, 31 Mart 2005
Türkiyə Respublikası İdentifikasiya nömrəsi Mərkəzi Əhali İdarəetmə Sistemi (MERNİS) layihəsi çərçivəsində 1999-cu ilin sonundan 28 oktyabr 2000-ci ilə qədər bütün vətəndaşların əhali qeydlərində 11 rəqəmli Türkiyə Cümhuriyyəti Şəxsiyyət nömrəsi qeyd edilmiş və bu nömrələr şəxsiyyət vəsiqələrinə əlavə edilmişdir.
Həmçinin bax Türkiyə pasportu Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Kateqoriya:Türkiyədə siyasət Kateqoriya:Pasportlar Kateqoriya:Dövlət sənədləri Kateqoriya:Şəxsiyyət sənədləri Kateqoriya:Türkiyənin dövlət quruluşu