thumb|Çikaqo Universitetində yerləşən stel. Üst hissədə İtetin əri Nefermaat təsvir olunub. Orta hissədə İtet oturaqlı vəziyytdə təsvir olunub, onun arxasında onun naməlum oğlu (yuxarıda) və Anxerfenecef (aşağıda) təsvir edilmişdir. Aşağı hissədə onların daha dörd oğlu təsvir olunmuşdur, soldan sağa: Vehemka, naməlum övlad, Anxerşeretef və Nebxenet. İtet (e. ə. təxminən 2570-ci ildə yaşayıb) Atet kimi də tanınır — qədim Misirdə yaşamış kral sülaləsinə aid bir qadın. Onun həyat yoldaşı kral Sneferunun böyük oğlu Nefermaat vəzir vəzifəsində çalışmış və kral sarayında Bastetə ibadət edən bir dini lider idi. İtet üç qız və çoxlu oğul anası idi. Onun oğlu Hemiun vəzir vəzifəsində onun ərinin xələfi seçilmişdir. O, əri ilə birlikdə Meidumda 16 saylı mastabada dəfn olunub. Onların məzarı qazların və digər heyvanların rəsmləri, eləcə də gündəlik ailə həyatının təsvirləri ilə məşhurdur.
Ailəsi İtet və Nefermaatın ümumi uşaq sayı bilinməsə də, onların Meidumdakı məzarında 15 övladının adları qeyd olunub. Cefatsen və İsesu adlı qızları və Hemiun, İsu, Teta və Xentimereş adlı oğulları yetkin kimi təsvir olunublar, Pageti adlı qız və İtisen, İnkaef, Serfka, Vehemka, Şepseska, Kaxent, Anxerşeretef, Anxerfenecef, Buneb, Şepsesneb və Nebxenet adlı oğulları isə balaca uşaq kimi çəkiliblər. Onun oğlu vəzir Hemiun Xufu üçün Böyük Piramidaları planlaşdırmağa kömək etdiyi güman edilir və onun adı tez-tez tikilinin memarı kimi qeyd olunur.Dodson, Aidan and Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2004. , pp.52-53, 56-61
İstinadlar