Əbdüləli Murad oğlu Paşayev (1886, Cavat qəzası – 30 iyul 1975, İmişli rayonu) – Sovet və Azərbaycan SSR heyvandarı, Sosialist Əməyi Qəhrəmanı (1948) .

Həyatı 1886-cı ildə Bakı quberniyasının Cavat qəzasının Əlipənahlı kəndində (indiki İmişli rayonunun Muradxanlı kəndində) anadan olub.

1929-cu ildən İmişli rayonunun Səməd Vurğun adına kolxozunda çoban, sonra isə baş çoban olub. 1947-ci ildə o, 410 iri yunlu dişi qoyunlardan 497 baş quzu götürüb, onların süddən ayrıldıqdan sonra orta çəkiləri 40,9 kiloqram olub.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 17 avqust tarixli Fərmanı ilə 1947-ci ildə heyvandarlıqda yüksək məhsuldarlığa nail olduğuna görə Paşayev Əbdüləli Murad oğlu ona Lenin ordeni verilməsi ilə anaşı o, Sosialist Əməyi Qəhrəmanı adı və “Oraq və çəkic ” qızıl medalı ilə təltif edilmişdir.

1965-ci ildən - İttifaq əhəmiyyətli təqaüdçü olub.

O, 30.06.1975-ci il tarixində İmişli şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan çobanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:İmişli rayonunda vəfat edənlər Kateqoriya:1975-ci ildə vəfat edənlər Kateqoriya:30 iyulda vəfat edənlər Kateqoriya:1886-cı ildə doğulanlar Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər