Val Loqsdon Fitç (; ) — Amerikalı nüvə fiziki idi və həmtədqiqatçısı Ceyms Kroninlə birlikdə 1964-cü ildə Brukhaven Milli Laboratoriyasında Alternativ Qradiyent Sinxrotronundan istifadə edərək apardığı təcrübəyə görə 1980-ci ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür. Bu təcrübə müəyyən subatom reaksiyalarının fundamental simmetriya prinsiplərinə uyğun gəlmədiyini sübut etmişdir. Xüsusilə, onlar K-mezonların parçalanmasını araşdıraraq, tərs gedən reaksiyanın orijinal reaksiyanın yolunu geri çəkmədiyini sübut etdilər ki, bu da subatom hissəciklərinin reaksiyalarının zamana biganə olmadığını göstərdi. Beləliklə, CP pozulması fenomeni kəşf edildi. Bu, fiziklərin təbii qanunların simmetriya ilə idarə olunduğuna dair inancını alt-üst etdi.

Nebraska ştatının Merriman şəhəri yaxınlığındakı mal-qara fermasında anadan olan Fitç, İkinci Dünya müharibəsi zamanı ABŞ ordusuna çağırılmış və Nyu-Meksikodakı Los Alamos Laboratoriyasında Manhetten layihəsində çalışmışdır. Daha sonra MakGill Universitetini bitirmiş və 1954-cü ildə Kolumbiya Universitetində fizika üzrə doktorluq dərəcəsi almışdır. O, 1954-cü ildən 2005-ci ildə təqaüdə çıxana qədər Prinston Universitetinin müəllim heyətinin üzvü olub.

İstinadlar

Xarici keçidlər Oral history interview transcript with Val Fitch on 18 December 1986, American Institute of Physics, Niels Bohr Library & Archives Video interview. Video interview.

Kateqoriya:10 martda doğulanlar Kateqoriya:1923-cü ildə doğulanlar Kateqoriya:5 fevralda vəfat edənlər Kateqoriya:2015-ci ildə vəfat edənlər Kateqoriya:Prinstonda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:MakGill Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:Manhetten layihəsi şəxsləri