Musa Səməd oğlu Süleymanov () — azərbaycanlı mühəndis, sənayeçi və sahibkar, tarixi Nəsib Sultan nəslinin nümayəndəsidir.

Həyatı 1956-cı ildə Tovuz rayonunda anadan olub.

1991-ci ildə "Simurg" MMC-ni təsis edib, 2000-ci ildə isə onun bazasında "ADO-G Construction Group" şirkətini yaradıb.

Zirə Dəniz-Sənaye Kompleksi (Zirə Port MMC) — şirkət təsisçisi

Dövlət təltifləri Sənaye və mühəndisliyin inkişafında göstərdiyi xidmətlərə görə:

"Tərəqqi" medalı ilə təltif olunub, "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.

Ailəsi Evlidir, üç övladı var: Rəşad Süleymanov, Vəfa Süleymanova, Rauf Süleymanov

İstinadlar