Hollandiya cırtdanı () — Hollandiya mənşəli ev dovşanı növü. Çəkisi 0,50–1,13 kq arasında dəyişən Hollandiya cırtdanı, ən kiçik dovşan növlərindən biridir. Ev heyvanı və ya sərgi dovşanı kimi populyarlığı, onun neotenik (uşaqbənzər) görünüşündən irəli gələ bilər. Hollandiya Cırtdanı həm Amerika Dovşan Yetişdiriciləri Assosiasiyası (ARBA), həm də Britaniya Dovşan Şurası (BRC) tərəfindən tanınır. Hollandiya Cırtdanı tez-tez Polish (Polşa) dovşan növü ilə qarışdırılır, lakin Polish növünün qulaqları daha uzun, başı braxisefalik deyil və daha az yığcamdır.

Görünüş

Hollandiya Cırtdanının başı və gözləri qısa və yığcam ("cobby") bədəninə nisbətən nisbətən böyükdür. Qulaqları xüsusilə qısadır və başın yuxarı hissəsində daşınır. Üzü yumru və braxisefalikdir. Bu neotenik xüsusiyyətlər, cırtdanlığın nəticəsi olaraq, Hollandiya Cırtdanın yetkinlik yaşına çatsa belə uşaqbənzər görünüşünü qoruyur.

İstinadlar

Xarici keçidlər American Netherland Dwarf Rabbit Club Dwarf Rabbits Articles Netherland Dwarf Rabbit Breed History Breeds of Rabbits Chart

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Fauna