Pomacea canaliculata — Ampullariidae ailəsinə aid böyük ölçülü şirin su ilbizi növü.
Ümumi məlumat 250px|thumb|left|Qida kimi istifadə olunan Pomacea canaliculata Pomacea canaliculata Cənubi Amerikadan yayılmışdır və "Dünyanın Ən Pis 100 İşğalçı Xarici Növ" siyahısına daxil edilmişdir. Həmçinin, Avropada 40-cı ən pis xarici növ və qastropodlar arasında ən pis xarici növ kimi qiymətləndirilir.
Pomacea canaliculatanın qabıqları kürə şəkilli olur. Normal rənglənmə adətən qəhvəyi, qara və sarımtıl-qəhvəyi zolaqları əhatə edir, rəng naxışları son dərəcə dəyişkəndir. Albino və qızıl rəng variantları da mövcuddur. Qabığın ölçüsü 150 millimetr uzunluğa qədər çata bilər.
Pomacea canaliculatanın yumurta kütlələri adətən şirin su hövzələrinin üzərində bitən bitkilərə qoyulur. Bu növ şirin su göllərində, çaylarda, gölməçələrdə və bataqlıqlarda yaşayır və geniş temperatur diapazonuna davam gətirir. Təbii şəraitdə yumurta qoymaq üçün su hövzələrinin ətrafında bitən otlar və digər bitkilərdən istifadə edirlər. İşğalçı olduqları yerlərdə düyü və taro kimi məhsulları da çoxalma üçün istifadə edə bilirlər.Ihering H. (1919). "Las especies de Ampullaria' en la Argentina". I Reunión Nac Soc Arg Cs Nat (Actas)'': 329-350, Tucumán, Argentina.
Pomacea canaliculata son dərəcə polifaqdır, bitki, detrital və heyvan mənşəli qidalarla qidalanır. Qidalanma yaşla dəyişə bilər, kiçik fərdlər yosun və detritusla qidalanır, böyük fərdlər isə yüksək bitkilərə keçid edir. Bu növ dünya üzrə düyü və taro kənd təsərrüfatına mənfi təsir göstərir.
Pomacea canaliculatanın yumurta kütlələri parlaq çəhrayı və ya narıncı rəngdədir. Mülayim iqlimlərdə bu növün yumurta qoyma dövrü erkən yazdan erkən payıza qədər davam edir, tropik bölgələrdə isə çoxalma davamlıdır. P. canaliculatanın çoxalma dövrünün müddəti enliklə azalır və təbii yayılma arealının cənub həddində altı aya qədər azalır. Yetkin dişilər gecələr su üzərində bitən bitkilərə yumurta qoyur, lakin həmçinin qayalara və qayıqlar kimi süni səthlərə də yumurta qoya bilərlər. Yumurtalar qoyulduqdan təxminən iki həftə sonra açılır, bu zaman yumurtaların parlaq çəhrayı və ya narıncı rəngi solur. 2010-cu ildə Pomacea canaliculatanın yumurtalarından olan proteinaz inhibitorunun potensial yırtıcıların proteazı ilə tripsin inhibitoru kimi qarşılıqlı təsir göstərdiyinə dair ilk birbaşa sübut qeyd edilmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
This snail may hold a secret to human eye regeneration, August 6, 2025 at :en:Science News "The Apple Snail Website", general information. Accessed 8/7/2025 Apple snail Youtube video. Accessed 8/7/2025 Species Profile - Channeled Apple Snail (Pomacea canaliculata). National Invasive Species Information Center, :en:United States National Agricultural Library. Youtube video: flock of ducks used to control pests including golden apple snails in rice field in :en:Thailand
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər