"Words" (Sözlər), F.R. Devidin eyni adlı debüt albomundan 1982-ci ildə sinql olaraq buraxılmış mahnıdır. Mahnı, Qərbi Almaniya, İsveçrə, İspaniya, İtaliya, İsveç, Avstriya, Danimarka, İrlandiya, Belçika və Norveçdə birinci yerə yüksələrək böyük bir Avropa hiti oldu. 1983-cü ilin əvvəlində o, UK Singles Chart-da ikinci yerə yüksəldi, 1982-ci ilin sonunda isə Cənubi Afrikada da birinci yerə yüksələrək hit-paradlarda 25 həftə qaldı və nəticədə bu ölkənin ilsonu çartının ən uğurlu hiti oldu. Avstraliyada sinql 12-ci yerə yüksəldi və 1983-cü il boyunca və 1984-cü ilin əvvəlindəki iki periodda çartlarda 41 həftə top 100-də keçirdi.
2006-cı ildə Devid müğənni Vinda Silviana (ing. Winda Sylviana) ilə "Words, J'aime ces Mots" adlı mahnının fransız dilində duet versiyasını buraxdı, cütlük həmçinin "Words" adlı ingilis duet versiyasını yazdırdı.
Mahnı “Məni öz adınla çağır” filminin saundtrekinə daxil olub.
İstinadlar
Kateqoriya:1981-ci ilin mahnıları Kateqoriya:2008-ci ilin sinqlları Kateqoriya:1999-cu ilin sinqlları Kateqoriya:Debüt sinqlları Kateqoriya:1983-cü ilin sinqlları