Həsən Lahıci () — Kaşefi və ya Mirzə Həsən kimi də tanınan Səfəvilər dövründə yaşamış ilahiyyatçı və filosof.Corbin 1976.

Həyatı Həsən Lahıci Molla Əbdül-Rəzzaq Lahıcinin oğlu, Molla Sədrə Şirazinin nəvəsi idi. Həyatının böyük hissəsini Qum şəhərində keçirmiş və orada vəfat etmişdir. Fəlsəfi baxışlarına görə, Həsən Lahıci "hikmət" (fəlsəfə) və "irfan"a (mistika) qarşı çıxmış, bunun əvəzinə Şiə kəlamını müdafiə etmişdir. O, əvvəlcə "hikmət"lə sufilik arasındakı münasibəti izah etməyə çalışmış, lakin bu səbəbdən bəzi dini alimlər tərəfindən tənqid olunmuşdur. Sonralar diqqətini əxlaq və kəlam məsələlərinə yönəltmişdir.Nasr 2006.

Əsərləri Onun əsərləri barədə Seyyid Cəfər Aştiyani, Seyyid Hüseyn Nəsr və Henri Korben kimi tədqiqatçılar məlumat vermişlər. Korbenin qeyd etdiyi kimi, onun bir çox əsərləri əlyazma halında qalır. Aşağıdakı əsərləri məlumdurː

"Zəvahir əl-hikəm" (ərəbcə yazılmış, "Hikmətin zahirləri") "Ayine-yi hikmət" ("Fəlsəfənin aynası") "Rəvayi əl-hikmət" "İsbət ər-Rəcə" ("Rəcətin sübutu") "Şam əl-Yəqin" Atası tərəfindən qələmə alınmış Şəvariq əsəri ilə bağlı yazdığı qeydlər.

İstinadlar

Mənbələr

Nasr, Islamic Philosophy from its Beginning to the Present, 2006. Kateqoriya:İslam filosofları Kateqoriya:Səfəvi teoloqları