Canik bəylikləri — 14–15-ci əsirlərdə Kiçik Asiyanın şimalında mövcud olmuş kiçik bəyliklər. Entoni Brayer "Çanik" toponimini lazların özlərini adlandırdıqları "Çani" adı ilə əlaqələndirir.

Tarixi 1243-cü ildə baş tutmuş Kösədağ döyüşündən sonra Anadolu monqolların hegemoniyası altına keçdi. Beləliklə, məğlub olan Rum-Səlcuq sultanları Elxanilərin kuklasına çevrildilər və bölgədəki keçmiş Səlcuq əmirlərinin rəhbərlik etdiyi "bəylik" adlanan yarımüstəqil hakimiyyətlər yarandı. Ancaq Anadolunun Orta Qara dəniz bölgəsində dominant bir lider olmadığı üçün eyni ailənin üzvləri tərəfindən idarə olunan bir sıra kiçik bəyliklər meydana çıxdı. Ancaq bu bəyliklər ərazicə Anadoludakı digər bəyliklərdən kiçik idilər və Ərətna bəyliyindən nominal asılı idilər. Həmçinin bu bəyliklər arasında siyasi sabitlik yox idi, tez-tez hərbi qarşıdurmalar yaşanırdı.

Bəyliklər Bəyliyin adıPaytaxtıSüqut iliBafra bəyliyiBafra1460HacıəmiroğullarıMesudiye1427QubadoğullarıLadik1428QutluşahAmasya1381TacəddinoğullarıNiksar1415DaşanoğullarıMerzifon1398 Bütün bəyliklər Osmanlı imperiyasının tərkibinə daxil edilmişdir.

İstinadlar

Kateqoriya:Anadolu bəylikləri