Üçdənizlilik məfkurəsi və ya Üçdənizlilik konsepsiyası, yaxud Dənizarası torpaqlar konsepsiyası (polyakca: Międzymorze, polyakca tələffüzü: [mʲɛnd͡zɨˈmɔʐɛ], lat: Intermarium) – Birinci Dünya müharibəsindən sonra Yuzef Pilsudskinin Reç Pospolitanın ərazilərini birləşdirən geosiyasi planı (layihəsi)Tomasz Piesakowski, Akcja niepodległościowa na terenie międzynarodowym, 1945–1990, 1999, p. 149: .

MƏFKURƏNİN ORTAYA ÇIXMASI Tarix boyu bu plan mərhələlərdən keçmiş və bəziləri qonşu dövlətlərin cəlb edilməsini nəzərdə tutmuşdur. Təklif edilən çoxmillətli qurum Baltik, Adriatik və Qara dənizlər arasında yerləşən əraziləri özündə birləşdirmək məqsədi daşıdığından bu konsepsiya “Üçdənizlilik” və ya “Üçdənizarası torpaqlar” adlandırılır.

Ümumiyyətlə, Rusiyanın iştirakı olmadan, slavyan dövlətlərinin federasiyasının və ya konfederasiyasının yaradılması planları XIX əslin vvəlindən axırına kimi aktual olub. thumb|Böyük Litva knyazlığı (çəhrayı) və Polşa Krallığı Taxt-Tacı (qırmızı) Birinci Dünya müharibəsindən sonra formalaşmış Üçdənizlilik məfkurəsinə əsasən, Mərkəzi və Şərqi Avropa ölkələrindən ibarət planlaşdırılanAviel Roshwald, "Ethnic Nationalism and the Fall of Empires: Central Europe, the Middle East and Russia, 1914–1923", Routledge (UK), 2001, , p. 37Richard K Debo, Survival and Consolidation: The Foreign Policy of Soviet Russia, 1918–1921, McGill-Queen's Press, 1992, , p. 59.James H. Billington, Fire in the Minds of Men, Transaction Publishers, , p. 432Andrzej Paczkowski, The Spring Will Be Ours: Poland and the Poles from Occupation to Freedom, Penn State Press, 2003, , p. 10David Parker, The Tragedy of Great Power Politics, W. W. Norton & Company, 2001, , p. 194 federasiyada Baltikyanı dövlətlər (Litva, Latviya, Estoniya), FinlandiyaMark Hewitson, Matthew D'Auria Europe in Crisis: Intellectuals and the European Idea, 1917–1957, 2012, p. 191 "… of the other national movements that had found themselves included in Piłsudski's project, especially the Lithuanians. ... The somewhat nostalgic image of 'Intermarium', the land of cultural and historical diversity destroyed by the wave of …", Belarus, Ukrayna, Macarıstan, Rumıniya, Yuqoslaviya və Çexoslovakiya da yer almalı idiMiloslav Rechcígl, Studies in Czechoslovak history, Czechoslovak Society of Arts and Sciences in America, 1976, Volume 1, p. 282. "This new policy, which was labeled the Intermarium, or Third Europe Project, called for the establishment of ..."Fritz Taubert, "The myth of Munich 1938", 2002 p. 351 "... range détente with Germany and in the chance of creating a Polish-led 'Third Europe' or 'Intermarium' as illusory.". Polyakca adı Międzymorze (polyakca "między" – "arasında" və "morze" – "dəniz" sözlərinin birləşməsindən olub “dənizlər arası” mənasını verir) olan plan latınca "İntermarium" kimi qeyd edilib. Bu məfkurə (konsepsiya) üzə 3 dənizin arasındakı torpaqları nəzərdə tutduğuna görə, Azərbaycanca “üçdənizlilik” kimi təcrümə olunur.

Üçdənizliliklə təklif edilən federasiya Birinci Cahan cənginə qədər süqut etmiş Reç Pospolitanın ərazilərini əhatə etməli idi (sözügedən dövlət XVI əsrin sonlarından XVIII əsrin sonlarına qədər Polşa Krallığı Taxt-Tacı ilə Böyük Litva knyazlığını birləşdirməsi nəticəsində yaranmış, sonradan isə qonşu dövlətlər tərəfindən ilhaq olunmuşdu). Üçdənizlilik məfkurəsi Pilsudskinin digər geosiyasi planı olan kimi Rusiya İmperiyasının parçalanmasını və həmin imperiyanın ərazilərini itirməsini hədəfləyən “Prometeizm” ilə əlaqələndirilir* "Józef Pilsudski, Polish revolutionary and statesman, the first chief of state (1918–22) of the newly independent Poland established in November 1918." ("Józef Pilsudski" , Encyclopædia Britannica) "Released in November 1918, [Piłsudski] returned to Warsaw, assumed command of the Polish armies, and proclaimed an independent Polish republic, which he headed." ("Piłsudski, Joseph" , Columbia Encyclopedia)* Timothy Snyder, Covert Polish missions across the Soviet Ukrainian border, 1928–1933 (p. 55, p. 56, p. 57, p. 58, p. 59, in Cofini, Silvia Salvatici, Rubbettino, 2005). Timothy Snyder, Sketches from a Secret War: A Polish Artist's Mission to Liberate Soviet Ukraine, Yale University Press, 2005, , (p. 41, p. 42, p. 43)"Pilsudski hoped to build not merely a Polish nation state but a greater federation of peoples under the aegis of Poland which would replace Russia as the great power of Eastern Europe. Lithuania, Belorussia and Ukraine were all to be included. His plan called for a truncated and vastly reduced Russia, a plan which excluded negotiations prior to military victory." Richard K Debo, Survival and Consolidation: The Foreign Policy of Soviet Russia, 1918–1992, p. 59, McGill-Queen's Press, 1992, ."Pilsudski's program for a federation of independent states centered on Poland; in opposing the imperial power of both Russia and Germany it was in many ways a throwback to the romantic Mazzinian nationalism of Young Poland in the early nineteenth century." James H. Billington, Fire in the Minds of Men, p. 432, Transaction Publishers, . thumb|Polşa-Litva ittifaqı (1635) Üçdənizlilik məfkurəsinə bəzi litvalılar bu planı yeni əldə olunmuş müstəqilliklərinə təhdid olaraq qiymətləndirib, bəzi ukraynalılar isə müstəqillik arzularına təhdid olaraq qəbul ediblərOleksa Pidlutsky, "Figures of the 20th century. Józef Piłsudski: the Chief who Created a State for Himself", Zerkalo Nedeli [Mirror Weekly], 3–9 February 2001, available online in Russian and in Ukrainian .Roman Szporluk, Imperiia ta natsii, Kyiv, Dukh i Litera, 2001, , section II . Eyni zamanda, məfkurə Fransa tərəfindən dəstəklənsə də, əvvəl Rusiya Republikası, sonra isə SSRİ və bir çox Qərb dövlətləri ona qarşı çıxıb"Between Imperial Temptation And Anti-Imperial Function In Eastern European Politics: Poland From The Eighteenth To Twenty-First Century" . Andrzej Nowak. Accessed September 14, 2007.. Növbəti 20 ildə Pilsudskinin bu böyük layihəsi uğursuzluqla nəticələnib. Belə ki, Finlandiya istisna olmaqla (Finlandiya 1939-1940-cı illərdə SSRİ-Finlandiya müharibəsində ərazisinin bir hissəsini itirmişdir) Üçdənizlilər federasiyasına daxil edilməsi hədəflənən bütün ölkələr SSRİ və ya Üçüncü Reyx tərəfindən işğal olunub.

TARİXDƏKİ OXŞAR LAYİHƏLƏR

İttifaq planı thumb|Vladislav II Yaqaylo Polşa və Litva arasında əvvəl hərbi ittifaq və sonra isə birləşmə Tevton ordeni, Qızıl Orda və Böyük Moskva knyazlığı tərəfindən mövcud olan ümumi təhdidlərə qarşı birgə cavab addımı olaraq həyata keçirilmişdi. Bu ittifaq ilk dəfə 1385-ci ildə Krevo Birliyi ilə birlikdə təsis edilmiş və Polşa kraliçası Yadviqa ilə Litvanın Gediminidlər sülaləsindən olan əvvəl Böyük knyaz olmuş, sonra isə Vladislav II Yaqaylo adı ilə Polşa kralı olmuş Yaqaylonun nikahı ilə rəsmiləşdirilib.

Daha uzunmüddətli federasiya 1569-cu ildə Reç Pospolitanın yaradılması ilə meydana gəlmiş və 1795-ci ilə qədər, yəni onun üçüncü dəfə bölüşdürülməsi ilə başa çatıb. Beləliklə, Polşa-Litva ittifaqı ümumilikdə 410 il davam etmiş və Avropada ən böyük dövlət olmuşdur.

Reç Pospolitanın fəaliyyət göstərdiyi dövrdə Polşa–Litva–Moskva və ya Polşa–Litva–Rusin ittifaqının qurulması təklifləri irəli sürülmüş, hətta Reç Pospolita müəyyən müddət Rusiyanın bəzi hissələrinə nəzarət etmiş və uzun müddət Rusin dövlətinin böyük hissəsini idarə etmiş olsa da, bu təkliflər heç vaxt konstitusiya səviyyəsində həyata keçirilməyib.

Adəm Çartorıski planı thumb|Adəm Yeji Çartorıskithumb|Polşa-Litva-Rusin ittifaqının gerbi 1832-ci ilin noyabrında qalxmış üsyanla 1861-ci ilin yanvarında baş vermiş üsyan arasında Polşa-Litva krallığının yenilənmiş versiyasının dirçəldilməsi ideyası Parisdə Lambert otelində sürgün həyatı yaşayan şahzadə Adəm Yeji Çartorıski tərəfindən irəli sürülmüşdüMarian Kamil Dziewanowski, "Polski pionier zjednoczonej Europy" ("A Polish Pioneer of a United Europe"), Gwiazda Polarna (Pole Star), Sept. 17, 2005, pp. 10–11..

1827-ci ildə tamamladığı və 1830-cu ildə nəşr etdirdiyi Essai sur la diplomatie (Diplomatiya barədə esse) adlı kitabında Çartorıski aşağıdakıları qeyd edib:“Cənuba və Qərbə hökmranlığını genişləndirən və təbiətinə görə şərq və şimaldan əlçatmaz olan Rusiya Avropa üçün daimi təhdid mənbəyinə çevrilir”. O, Rusiya üçün “qul əvəzinə dostlar yetişdirilməsi”nin daha faydalı olacağını iddia etmiş, Prussiya tərəfdən təhlükə ola biləcəyini qeyd edərək Şərqi Prussiyanın dirçəlmiş Polşaya birləşdirilməsi təklifini irəli sürmüşdüDziewanowski, Polski pionier zjednoczonej Europy, p. 10..

Çartorıskinin diplomatik səyləri Pilsudskinin Prometeizm layihəsini qabaqlamaqla, Polşanın və Qafqaz da daxil olmaqla Avropada işğal altında yaşamış digər xalqların azadlıq hərəkatlarına təsir göstəribDziewanowski, "Polski pionier zjednoczonej Europy," pp. 10–11..

İlk öncə Çartorıski Fransa, Böyük Britaniya və Osmanlı imperiyasının dəstəyi ilə çex, slovak, macar, rumın və gələcək Yuqoslaviyanı təşkil edəcək cənub slavyanlarından ibarət olan panslavyan Polşa-Litva Birliyinin yenidən qurulmasını təklif edirdi. Onun fikrincə, Polşa Macarıstan ilə slavyanlar arasında və Macarıstan ilə Rumıniya arasında meydana çıxan mübahisələrdə vasitəçi ola bilərDziewanowski, "Polski pionier zjednoczonej Europy," p. 11..

1848-ci il inqilabları səhnəsində bu plan əlçatan görünsə də"Adam Czartoryski's great plan, which had seemed close to realization (emphasis added) during the Spring of Nations in 1848–49, failed..." Dziewanowski, "Polski pionier zjednoczonej Europy," p. 11., Qərb dövlətlərinin yardım etməməsi, Macarıstanın çexlərə, slovaklara və rumınlara mənfi münasibəti və alman milliyyətçiliyinin yüksəlməsi nəticəsində baş tutmadıDziewanowski, "Polski pionier zjednoczonej Europy", p. 11..

Marian Kamil Cevanovski bunları qeyd edib:“Şahzadənin təşəbbüsü XVI əsr Yaqaylo (federativ prototip) ilə Yuzef Pilsudskinin Federativ-Prometeizm proqramı (Birinci Dünya müharibəsindən sonra tətbiqi nəzərdə tutulan) arasında mühüm əlaqəni təşkil edir”.

YUZEF PİLSUDSKİNİN LAYİHƏSİ thumb|Yuzef Pilsudski Yuzef Pilsudskinin strateji hədəfi Reç Pospolitanın yenilənmiş və demokratik bişimdə diriltmək və Rusiya İmperiyasını və daha sonra SSRİ-ni onların daxilindəki etnik təsisatlara parçalamaq idi (Prometeizm layihəsi). Pilsudski Üçdənizlilər federasiyasını Rusiya İmperiyasi və Almaniya imperializmini balanslaşdıran layihə kimi görürdü.

Cevanovskiyə görə, bu plan heç vaxt sistemli şəkildə həyata keçmədi və yalnız Pilsudskinin praqmatik instinktlərinə əsaslanırdıKenneth F. Lewalski (March 1972). "Review of Joseph Pilsudski: A European Federalist, 1918–1922, by M. K. Dziewanowski" . Journal of Modern History. Accessed September 16, 2007.. Britaniya alimi Corc Sanforda görə, 1920-ci il Sovet-Polşa müharibəsi yaxınlaşdıqca Pilsudski bu planın mümkün olmadığını anlayırdıGeorge Sanford, Democratic Government in Poland: Constitutional Politics since 1989. Palgrave Macmillan 2002. . pp. 5–6..

Müxalif mövqelər thumb|Polşa-Litva ittifaqının dirçəldilməsi üzrə Yuzef Pilsudskinin ilkin planı