Bakirə Məryəmin vəfatı () — Lorenzo Gibertinin eskizi əsasında Nikkolo di Pyero tərəfindən 1404-1405-ci illərdə Florensiya kafedralının əsas fasadındakı okulusda yaradılmış vitraj.

Tarixi

Giberti "Qeydlər"ində bildirir ki, "Bakirə Məryəmin vəfatı" sənətkarın kafedral üçün dizayn etdiyi ilk vitrajlardan biridir: "Santa-Mariya-del-Fiorenin fasadındakı mərkəzi okulusda yerləşdirilməsi üçün "Bakirə Məryəmin vəfatı"nı çəkdim, saha sonra isə yanlar üçün vitrajları layihələndirdim."

1405-ci ilin iyununda vitrajın quraşdırılması tamamlanmış və dəmirçi Kambio di Pyeroya işinə görə əməkhaqqı ödənilmişdir.

Təsviri

Səmavi fonda təsvir edilmiş müqəddəslər və peyğəmbərlərdən qotik kvatrefoliyanın mərkəzində Bakirə Məryəmin səmaya yüksəlməsi təsvir edilib; Səmada İsə, mələklərin əhatəsində əlində tac tutaraq onu gözləyir. Bakirə Məryəm, əllərini yuxarı qaldırmış şəkildə, ikonik hərəkətsizliklə vesica piscis fiqurunun ortasında təsvir edilmişdir. Yanlardan onu mələklər əhatə edir, fiqurun aşağısı isə iki serafimlə tamamlanır.

Mələklər, kontrastlı variasiyaları olan simmetrik qruplar şəklində, musiqi ilə məşğul olmaqdan ibadətə kimi müxtəlif işlərlə məşğul olarkən təsvir edilmişdir. Onların arasında vesica piscisin aşağısında yerləşən iki fiqur seçilir; bir neçə il əvvəl "Porta della Mandrola"da təqdim edilmiş bu yeni motiv, ilk dəfə Giberti tərəfindən burda istifadə edilmişdir (lakin, 1400-cü ildə Gibertinin Sant-Ancelo-in-Vado kommunasında işlədiyi "Müqəddəs Məryəmin vəfatı" qabartmasında bu motivə diqqət yetirməmişdi.)

İstinadlar

Kateqoriya:Florensiya kafedralının vitrajları Kateqoriya:Bakirə Məryəmin vəfatı Kateqoriya:Lorenzo Gibertinin əsərləri