thumb|Dantenin İlahi komediya əsərində təsvir edilmiş səma qatlarının Bottiçelli tərəfindən çəkilmiş təsviri.

Efir (, Rom: aether) — qədim stoiklərin və müasir teosofların "aether" adlandırdıqları maddə halıdır. Bu termin, insanın beş hiss üzvləri ilə dərk edə bilmədiyi, bərk, maye və qaz hallarına nisbətən daha az sıxlığa, daha yüksək titrəyiş sürətinə (vibrasiyaya) malik olan, daha incə və daha axıcı maddə vəziyyətini ifadə edir.Carl S. Helrich, The Classical Theory of Fields: Electromagnetism Berlin, Springer 2012, p. 26.

Efir (Ether) termininin mənşəyi qədim inisiasiya (mistik təlim) ənənələrində işlədilən "aether" sözünə əsaslanır (bəzən "aither" və ya "aiether" formasında da yazılır). Qədim yunan dilində "aether", mənşəyi olan "aitho" felindən də göründüyü kimi, "odlu, parlaq və havadan daha incə olan" mənasını daşıyırdı və fiziki bir məkan mənasında işlədilmirdi. Qədim dövrün ezoterik təlimlərində "aether" bəzən maddənin efir adlanan incə halını, bəzən isə maddənin "ilk maddə" (materia prima) adlanan ilkin, substansial halını ifadə etmək üçün istifadə olunurdu.

XIX əsrdə, bəzi fiziklər "mütləq müşahidə çərçivəsi" anlayışını tarixi səbəblərə görə "efir" adlandırmışdılar. Lakin bu, yalnız konseptual bir termin idi və qədim yunanların "aether" anlayışı ilə eyni deyildi. Daha sonralar Albert Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi göstərdi ki, mütləq müşahidə sistemi mövcud deyildir.

Qısaca desək, efir (aether) maddənin aşkar edilməmiş dördüncü forması kimi qəbul edilirdi. Teosofiyaya görə, şamanizmdə və bir çox inanclarda "yeddi qat səma", "doqquz qat səma", "on iki qat səma" və s. kimi ifadələrlə adlandırılan "səma qatı" anlayışları, əslində maddənin dördüncü halının — yəni efir (aether) halının — bir-birini izləyən incəlik dərəcələrini ifadə edir.

Bu dərəcələnməni "planetar zəncir" () anlayışı ilə izah edən teosofiya təliminə əsasən, Günəş sistemi daxilində on iki səviyyə mövcuddur, lakin Yer planetar zənciri yalnız yeddi səviyyədən ibarətdir. Bu təlim eyni zamanda bildirir ki, insan da fiziki bədənlə ruh arasında yerləşən, get-gedə incələnən yeddi bədəndən ibarətdir.

İstinadlar

Xarici keçidlər Modern Scientific Theories of the ancient Aether

Kateqoriya:Okkultizm Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Klassik elementlər Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi nəzəriyyələri