Tomas M. Qolden (; ) — Pensilvaniyanın şərq bölgəsi üzrə Birləşmiş Ştatların dairə məhkəməsinin keçmiş dairə hakimi.
Təhsili və karyerası Pensilvaniya ştatının Pottsvill şəhərində anadan olub, 1969-cu ildə Pensilvaniya Ştat Universitetində humanitar fənlər üzrə bakalavr dərəcəsi və 1972-ci ildə Dikkinson Hüquq məktəbindən (indiki Pensilvaniya Ştat Universiteti - Dikkinson hüquq fakültəsi) hüquq doktoru dərəcəsi aldı. 1972-ci ildən 2006-cı ilə qədər Pensilvaniya ştatında özəl hüquq praktikası üzrə fəaliyyət göstərirdi.
Federal məhkəmə xidməti 25 yanvar 2006-cı ildə Prezident Corc V. Buş Qoldeni Pensilvaniyanın şərq bölgəsi üzrə Birləşmiş Ştatların dairə məhkəməsinin dairə hakimi namizədliyini irəli sürdü. Bu, federal hakim Franklin Van Antverpenin təqaüdə çıxandan sonra mümkün olmuşdur. Tomas Qoldenin təyinatı 2006-cı il mayın 4-də ABŞ Senatı tərəfindən təsdiqləndi və 13 iyun 2006-cı ildə federal hakim vəzifələrini yerinə yetirməyə başladı.
Vəfatı Qolden 31 iyul 2010-cu ildə Pensilvaniya ştatının Ridinq şəhərində xərçəng xəstəliyindən vəfat etdi.
İstinadlar
Kateqoriya:Pensilvaniyada xərçəng xəstəliyindən ölənlər