Şölə İsmayılova (1933, Qazax – 27 oktyabr 2023, Bakı) — Azərbaycan alimi, mamalıq və ginekologiya üzrə mütəxəssis, tibb elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar həkimi.
Həyatı Şölə İsmayılova 1933-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1941–1951-ci illərdə Qazax şəhər 1 saylı orta məktəbində təhsil almış və oranı qızıl medalla bitirmişdir.
1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1957-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. Təhsilini başa vurduqdan sonra Bakıda doğum evində həkim kimi fəaliyyətə başlamışdır.
O, 27 oktyabr 2023-cü ildə, 91 yaşında Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti 1970-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda assistent seçilmişdir. 1978-ci ildə Kazan şəhərində dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
1981-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin mamalıq-ginekologiya kafedrasında dosent kimi fəaliyyət göstərmişdir. Eyni zamanda doğum evində praktik həkim kimi işləməyə davam etmişdir.
Onlarla elmi məqalənin və səmərələşdirici təklifin müəllifidir.
Fəxri adları 1961 — Ali dərəcəli həkim 2008 — Azərbaycan Respublikasının əməkdar həkimi
Mənbələr Şölə İsmayılova vəfat etdi Şölə İsmayılova vəfat etdi Şölə İsmayılova vəfat etdi