thumb|220px|İnsan üzünə aid olduğu kimi qızıl nisbəti təsvir edən qravür. Luka Paçolinin "İlahi nisbət" əsərindən. Venesiya, 1509-cu il.
Fizioqnomika ( — təbiət, — düşüncə, idrak qabiliyyəti), arxaistik terminologiyada prozopologiya«Словарь иностранных слов, вошедших в состав русского языка». Чудинов А. Н., 1910«Объяснение 25000 иностр. слов, вошедших в употребление в русский язык, с означением их корней». Михельсон А. Д., 1865 ( — üz, — söz) və ya prozopomantiya ( — üz, — falçılıq) — insanın xarici üz cizgilərinin və ifadəsinin təhlili əsasında onun şəxsiyyət tipinin, daxili keyfiyyətlərinin və sağlamlıq vəziyyətinin müəyyən edilməsini nəzərdə tutan psevdoelmi üsul.
Eksperimental psixologiyanın nümayəndələri fizioqnomiyanı psevdoelm kimi təsnif etmiş və onu mesmerizm, frenologiya və spiritizm ilə bərabər tutmuşlar.
Etimologiyası "Fiziqnomiya" sözü Azərbaycan dilinə rus dilindən, ona isə fransız dilindən keçmişdir (, üz ifadəsi < , insanın üz cizgilərinə görə xarakter və meyllərinin müəyyən edilməsi sənətiа < < < + ).
XVIII əsrdə "fiziqnomiya" sözü insanın üz cizgilərinə görə xarakter və meyllərinin tanınması sənəti mənasında işlədilmişdir. Sonrakı dövrdə bu anlayış "üz ifadəsi" mənasında istifadə olunmuşdur. Müasir dildə "fiziqnomiya" sadəcə "üz" mənasında işlənməkdədir, elmi-metodoloji konsepsiya isə "fizioqnomika" adlandırılmaqdadır.Семёнов А. В., Этимологический словарь русского языка . М.: ЮНВЕС, 2003
İvan Alekseyeviç Sikorski özünün "İllüstrasiyalı izahla ümumi psixologiya və fizioqnomika" adlı əsərində bu termin barədə qeyd etmişdir ki, "fizioqnomika termini yunan sözlərindən yaranmışdır. Buradan fizioqnomoniya — xarici əlamətlər əsasında xarakter və meyllərin tanınması sənəti mənasını almışdır. Tanıma əlamətlərinin özləri "physiognomonica" ( sözünün cəmi) adlandırılmışdır. "Fizioqnomonika" sözünün qısaldılmasından "fizioqnomika" forması meydana çıxmışdır. və terminlərinə Hippokratda və orta əsr müəlliflərində də rast gəlinmişdir. Fizioqnomika anlayışı son nəticədə üz cizgiləri, əllərin hərəkəti və digər bədən hərəkətlərinə görə ruhi xüsusiyyətlərin müəyyən edilməsi mənasını qazanmışdır.И. А. Сикорский «Всеобщая психология с физиогномикой в иллюстрированном изложении». Киев: Типография С. В. Кульженко, 1904.
1789–1790-cı illərdə Nikolay Mixayloviç Karamzin Avropaya səyahəti zamanı İohann Kaspar Lafater ilə görüşmüşdür. Lafaterin insan üzünə görə xarakterin proqnostikasına dair nəzəriyyəsi dövründə geniş yayılmışdı. Karamzin bu barədə yazmışdır ki, "mən Lafaterə tərəfkeş deyiləm və bir çox məsələlərdə onunla eyni fikirdə deyiləm, lakin əminəm ki, onun "Fiziognomik fraqmentlər" əsəri elə bir vaxtda da oxunacaqdır ki, artıq hörmətli doktor Bisterin yaşadığı dünya unudulacaqdır".Николай Михайлович Карамзин «Письма русского путешественника» — М.: «Захаров», 2005. — 496 с. ISBN 5-8159-0480-5
İstinadlar
Əlavə ədəbiyyat Лифшиц А. А. Почему автор «Феноменологии духа» критиковал физиогномику? // Историко-философский ежегодник 93. — : Наука, 1994. — С. 74—90. Тимоти Т. Мар. Чтение лица или китайское искусство физиогномики. — : Об-во «Досуг», 1992. — 192 с.
Ямпольский М. Б. Неожиданное родство: Рождение одной кинотеории из духа физиогномики // Искусство кино. 1986. № 12. Ямпольский М. Б. Зоофизиогномика в системе культуры // Текст — культура — семиотика нарратива: Тр. По знаковым системам 23 / Учен. зап. Тарт. университета. Тарту, 1989. Вып. 855. — С. 63—79. Barton T. Power and Knowledge: Astrology, Physiognomics and Medicine under the Roman Empire. — Ann Arbor, 1994. — P. 95—133. Evans, Elizabeth C. Physiognomics in the Ancient World // Transactions of the American Philosophical Society, NS 59.5. — Philadelphia, 1969. — P. 5—83. Swain S. Seeing the Face, Seeing the Soul: Polemon’s Physiognomy from Classical Antiquity to Medieval Islam. — Oxford, 2007. Хойланд Р., Мурад Ю. Физиогномика в мусульманском мире / Пер. с англ. и франц. В. Матросова // Волшебная Гора: Традиция, Культура, Религия, № XVII, — М.: Языки славянской культуры, — 2016, с. 227—273. — ISSN 1813-6028. Фахр ад-Дин ар-Рази Книга о физиогномике (Китаб ал-Фираса) / Пер. с араб. Н. Павлова; ред. пер., коммент. с франц. В. Матросова // Волшебная Гора: Традиция, Культура, Религия, № XVII, — М.: Языки славянской культуры, — 2016, с. 274—331. — ISSN 1813-6028.
Категория:Неакадемические направления исследований в психологии Категория:Гадания
Xarici keçidlər
Шарль Лебрен Метод обучения отображения страсти в живописи Физиогномическая соционика: фотокаталог психотипов в соционике Физиономика. Энциклопедический словарь Брокгауза и Ефрона. Санкт — Петербург, 1890—1907 гг. Действие (эффект) физиогномики по судебным решениям. Leslie Zebrowitz, Produced 24 Feb 2010
Kateqoriya:Yalan elmlər Kateqoriya:Köhnəlmiş elmi nəzəriyyələr Kateqoriya:Elmi folklor Kateqoriya:Fal Kateqoriya:Hüquq tarixi Kateqoriya:Fizioqnomika