Cacatua citrinocristata — Kakadular fəsiləsinə aid quş növü.

Ümumi məlumat Cacatua citrinocristata tünd boz dimdiyi, açıq narıncı qulaq ləkələri və güclü ayaqları və dırnaqları olan orta ölçülü kakadu növüdür. Böyük qanad və quyruq lələklərinin alt tərəfi açıq sarı rəngdədir. Göz qapağının rəngi çox açıq mavidir. Hər iki cins oxşar görünüşə malikdir. Dişilərin gözləri mis rəngindədir, erkəklərin gözləri isə çox tünd qara rəngdədir.

Bu növ İndoneziyanın Kiçik Sunda adalarından olan Sumba adasına endemikdir. Qidası əsasən toxumlar, tumurcuqlar, meyvələr, qozlar və otlu bitkilərdən ibarətdir.

2022-ci ildə "Birdlife International" Cacatua citrinocristatanı ayrı bir növ kimi tanıdı və "Cacatua citrinocristata" adı ilə "Təhlükə Qarşısında Kritik Vəziyyətdə" (Critically Endangered) kimi qiymətləndirdi. 2023-cü ildə isə "Beynəlxalq Ornitoloji Konqresi" onu ayrı bir növ kimi təsnif etdi.

Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Cacatua citrinocristatanı "Təhlükə altında" kimi qiymətləndirib. Populyasiyası məskunlaşma itkisi və qəfəs quşu ticarəti üçün qanunsuz ovlanma səbəbilə azalmış təhlükə qarşısında kritik vəziyyətdə olan bir quşdur. 1993-cü ildə Sumbada aparılmış bir araşdırma növün sayını 2000-dən az fərd olaraq qiymətləndirdi. 2012-ci ildə bu rəqəm 563-ə düşdü və 2019-cu il məlumatlarına görə populyasiya 1200-2000 fərd, o cümlədən 800-1320 yetkin fərd olaraq qiymətləndirilir. Bu növ "CITES" siyahısının I əlavəsində qeyd olunub. Nəticə etibarilə, beynəlxalq ticarət ciddi şəkildə tənzimlənir və vəhşi təbiətdə tutulmuş sitron kəkilli kakaduların ticarəti qanunsuzdur.

Qalereya

Həmçinin bax Cacatua ophthalmica

İstinadlar

Ədəbiyyat Иерусалимский И. Попугаи и певчие птицы: виды, содержание, обучение.  — Ростов-на-Дону: Владис, 2001. — 320 с. — ISBN 5-94194-073-4 Энциклопедия декоративных и экзотических птиц / Авт-сост. А. П. Умельцев. — М.: Локид-Пресс, 2002. — 368 с. — ISBN 5-320-00436-2

Xarici keçidlər

Royal Society for the Protection of Birds website - threats to wild bird populations

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:Həssas növlər Kateqoriya:İndoneziya quşları Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:1844-cü ildə təsvir edilən quşlar