– Yaponiya biznesmeni. O, Yaponiyanın əsas plastik model istehsalçısı olan "Tamiya Corporation" şirkətinin şura sədri və təmsilçi direktoru olmuşdur.

İlk illəri Şunsaku Tamiya 19 dekabr 1934-cü ildə Şizuokada doğulmuşdur. Şizuoka Prefektura Liseyindən və Vaseda Universitetindən məzun olmuşdur.

Karyerası Tamiya atasına məxsus olan taxta-şalban biznesini öz əlinə almış və onu dünya ən böyük pultla idarə olunan maşın və plastik model istehsalçılarından birinə çevrilmişdir. Tamiya modellərindəki detalların dəqiqliyinə çox əhəmiyyət verən biri kimi tanınmışdır. O, modellər yaratmaq üçün müxtəlif obyektlərin fotolarını çəkmiş, onların kolleksiyaçılığı ilə məşğul olmuşdur. Tamiyanın ilk plastik model dəsti Jaguar D-Type maşınına əsaslanmışdır. 1970-ci illərdə Tamiya ilk pultla idarə olunan maşınını buraxmışdır. Bu model Porsche 934 avtomobilinə əsaslanmışdır. O, 1980-ci illərdə pultla idarə olunan maşın yarışlarının avtoidman müsabiqəsi kimi populyarlaşdığı dövrdə şirkətinə rəhbərlik etmişdir. 1982-ci ildə şirkəti ilk Mini 4WD modellərini istehsal etmiş, bu modellər Yaponiyada çox populyar olmuşdur. Soyuq müharibə dövründə SSRİ-nin Tokiodakı səfirliyində Varşava Paktı tankları haqqında məlumat axtardığı üçün Tokio Metripolitan Polis Departamentinin İctimai Təhlükəsizlik Bürosu tərəfindən saxlanılmışdır.

Şizuoka Model və Təhsil Korporativ Assosiasiyasının sədri kimi Şizuoka Hobbi Şousu kimi təşəbbüslərə imza ataraq Şizuoka şəhərini qlobal model sənayesinin əhəmiyyətli şəhərlərindən birinə çevirmişdir. 18 iyul 2025-ci ildə 90 yaşında ölmüşdür.

İstinadlar

Xarici keçidlər Tamiya USA saytında memorial səhifəsi

Kateqoriya:Yaponiyanın iş adamları