Romblonella — Myrmicinae yarımfəsiləsinə aid olan qarışqa cinsi.Taylor, Robert W. (1991): Notes on the ant genera Romblonella and Willowsiella, with comments on their affinities, and the first descriptions of Australian species. (Hymenoptera: Formicidae: Myrmicinae). Psyche 97: 281-298. PDF Yayılması Bu növ qarışqalar Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya ərazisində geniş yayılıb. Təsviri Romblonella Stereomyrmexin ən yaxın taksonudur. Ona yaxın qohum cinslər Leptothorax və Cardiocondyladır.
Bu nadir qarışqalar haqqında çox az məlumat var. Əksər növlər ağacların budaqlarında yuva qurur və bitkilər üzərində qidalanır.Australian Ants Online: Genus Romblonella
Romblonella işçi qarışqaları təxminən 4 mm uzunluğundadır. Onların kiçik bir iynəsi var. Romblonella növü ilk dəfə 1935-ci ildə Viler tərəfindən Filippinin Romblon adasıda tapılan dörd nümunə əsasında təsvir edilib.Wheeler, William M. (1935): Two new genera of myrmicine ants from Papua and the Philippines. Proceedings of the New England Zoological Club 15: 1-9. PDF Bununla belə, bu növ artıq 1861-ci ildə F.Smit tərəfindən Myrmica opaca kimi təsvir olunub və Alfred Russel Valles tərəfindən Sulavesidəki Tondano bölgəsindən toplanıb. R.elysii işçiləri 2 mm uzunluğundadır. Əvvəlcə Solomon adalarından tapılan bir neçə işçi qarışqa əsasında Crematogaster kimi təsvir edilib. R. heatwolei işçi qarışqaları isə demək olar ki, 4 mm uzunluğundadır. Yalnız R. palauensis və R. heatwolei üçün erkək fərdlər təsvir olunub.
Cinsin adı tip növün tapıldığı yerin adından (Romblon adası) götürülüb. Qalereya
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar