Crax alberti (Mavi dimdikli kuraso) — "Cracidae" fəsiləsinə aid olan və yalnız Kolumbiyada yaşayan quş növü.
Təsvir "Crax alberti" 82,5 ilə 92,5 sm uzunluğunda və 3,2 ilə 3,6 kq çəkiyə malikdir.del Hoyo, J. and G. M. Kirwan (2020). Blue-billed Curassow (Crax alberti), version 1.0. In Birds of the World (J. del Hoyo, A. Elliott, J. Sargatal, D. A. Christie, and E. de Juana, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.bubcur1.01 retrieved October 1, 2021 Erkəklər əsasən qara rəngli olub, ağ quyruqaltı və quyruq ucuna malikdir. Dişilər də əsasən qara rənglidir, lakin onların alt qarın və quyruqaltı hissələri qırmızımtıldır. Onların qanadlarında və quyruğunda incə ağ zolaqlar var, nadir hallarda "zolaqlı" morf olan fərdlərdə sinə və qarın hissələrində də, zolaqlar mövcuddur. Hər iki cinsin qaldırıla bilən lələkli dəbilqəsi var: erkəklərdə qara, dişilərdə isə qara və ağ rənglidir.
Həmçinin bax Crax alector
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:1852-ci ildə təsvir edilən quşlar Kateqoriya:1852-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər