Əndəlüs atı — XVI-XVIII əsrlərdə dünya miqyasında şöhrət qazanmış İspaniya at cinslərinin ən məşhuru. Əndəlus atları demək olar ki, bütün Avropa monarxları və bir çox zadəganlar tərəfindən saxlanılırdı. Bu cinsin atları "paradlar və döyüşlər üçün" ən yaxşısı hesab olunurdu, əslində, o dövrdə bu cinsin dünya atçılıq üçün əhəmiyyəti sonrakı dövrlərdə damazlıq atçılıq cinsinin əhəmiyyəti ilə müqayisə edilə bilərdi. Tarixi Tarixi boyu bu cins döyüş atı bacarığı ilə tanınıb və zadəganlar tərəfindən yüksək qiymətləndirilib. Bu cins İspaniya hökuməti tərəfindən diplomatiya vasitəsi kimi istifadə edilib və Avropanın kral və zadəganları İspan atlarına minmiş və onlara sahib olublar. XIX əsrdə müharibələr, xəstəliklər və çarpazlaşdırma səbəbilə bu cinsin sayı kəskin şəkildə azalıb. XIX əsrin sonlarında bəzi bərpa cəhdləri olsa da, bu tendensiya XX əsrin əvvəllərinə qədər davam edib. 1960-cı illərə qədər Əndəlüs atlarının İspaniyadan ixracı məhdudlaşdırılmışdı, lakin sonradan bu cins bütün dünyaya yayılıb. 2010-cu ildə dünya üzrə 185.000-dən çox qeydiyyata alınmış Əndəlüs atı var idi.
Taksonomiya 280px|thumb|right|Bir qrup Əndəlüs atı Əndəlüs cinsi Portuqaliyanın Lusitano cinsi ilə sıx əlaqəlidir və bir çox digər at cinslərinin inkişafında istifadə edilib. Xüsusən də Avropa və Amerikada ondan çarpazlaşmada istifadə olunub. Friz atı məhz Əndəlüs atı ilə çarpazlaşdırıldıqdan sonra şəhərlərdə istifadə edilən yüngül atlar əmələ gəlib. Əndəlüs qan xəttinə malik olan cinslərə Avropanın bir çox istiqanlı atları, həmçinin Qərb yarımkürəsindəki Azteca kimi cinslər daxildir. Əsrlər boyu davam edən inkişafı zamanı Əndəlüs atı cinsi atletizm və dözümlülük üçün seçilib. Bu atlar ilkin olaraq klassik yarış, araba çəkmə, öküz döyüşü və fermer atları kimi istifadə edilirdi. Müasir Əndəlüs atıatları yarış, atla tullanma və araba çəkmə kimi bir çox atçılıq fəaliyyətlərində istifadə olunur. Bu cins həmçinin geniş şəkildə filmlərdə, xüsusilə tarixi və fantaziya janrında çəkilən əsərlərdə istifadə edilir.
Xüsusiyyətlər 250px|thumb|right|Əndəlüs atı cinsinə daxil olan at Əndəlüs atıları zərif və güclü bədən quruluşuna malikdir, düz və ya bir qədər qabarıq profilləri var. Həddindən artıq qabarıq və ya konkav profillər bu cinsdə arzuolunmaz hesab edilir. Onların beli qısa, arxa hissəsi isə geniş və güclüdür, yumru bir sağrıya malikdirlər. Bu cins adətən təmiz və zədələnməyə meyli olmayan ayaqlara və enerjili yerişə malikdir. Yelə və quyruq qalın və uzundur, lakin ayaqlarda artıq tüklənmə olmur. Əndəlüs atları həssas və ağıllı olmaqla yanaşı, sakit xarakter daşıyır. Onlara hörmətlə yanaşdıqda tez öyrənir, cavabverici və əməkdaşlıq edirlər
Etimologiyası Əndəlüs atı İspaniya və Portuqaliyanın Pireney atlarından törəyib və adını mənşə yeri olan İspaniyanın Əndəlüs bölgəsindən alıb. Mağara rəsmləri göstərir ki, atlar Pireney yarımadasıında 20.000-30.000 il əvvələ qədər mövcud olub. Portuqaliyalı tarixçi Ruy d'Andrade qədim Sorraia cinsinin Əndəlüs atı daxil olmaqla Cənubi Pireney cinslərinin əcdadı olduğu fərziyyəsini irəli sürsə də, mitoxondrial DNT-dən istifadə edən genetik tədqiqatlar göstərir ki, Sorraia əsasən digər Pireney cinslərindən ayrılan genetik qrupun bir hissəsidir. İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
International Andalusian & Lusitano Horse Association United States P.R.E. Association The Foundation for the Pure Spanish Horse Australasia Andalusian Association National Association of Purebred Spanish Horse Breeders of Spain